13
Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar.
Kiprdə
Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər. Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi. Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi. Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 10 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi? 11 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 12 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
Pisidiyada olan Antakya
13 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 14 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. 15 Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».
16 Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. 17  * Çıx. 1:7; 12:51; Say. 14:34; Qanun. 1:30-31Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. 18 Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü.* Onlara dözdü – bəzi əlyazmalarda onların qayğısına qaldı. 19  * Qanun. 7:1; Yeş. 14:1; Hak. 2:16; 1Şam. 3:20Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 20 Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 21  * 1Şam. 8:5; 10:21Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 22  * 1Şam. 13:14; 16:12; Zəb. 89:20Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 23 Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. 24  * Mark 1:4; Luka 3:3İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. 25  * Mat. 3:11; Mark 1:7; Luka 3:16; Yəh. 1:19-20,27Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.
26 Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə Bizə – bəzi əlyazmalarda sizə. göndərilib. 27 Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 28  * Mat. 27:22-23; Mark 15:13-14; Luka 23:21-24; Yəh. 19:15Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. 29  * Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. 30 Lakin Allah Onu ölülər arasından diriltdi. 31  * Həv. 1:3İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.
32  * Zəb. 2:7Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, 33 Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb:
“Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum”.
34  * Yeş. 55:3Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”. 35  * Zəb. 16:10Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”. 36 Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi. 37 Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.
38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, 39 iman edən hər kəs bu İnsanda saleh sayılacaq. 40  * Hab. 1:5Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41 “Baxın, siz ey xor baxanlar,
Mat qalın və yox olun.
Sizin vaxtınızda elə işlər görəcəyəm ki,
Sizə danışsaydılar, inanmazdınız”».
42 Paulla Barnaba sinaqoqdan çıxarkən camaat Camaat – bəzi əlyazmalarda Başqa millətlərdən olanlar. onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar. 43 Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
44 Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. 45 İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. 46 Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. 47  * Yeş. 42:6; 49:6-7Çünki Rəbbin bizə əmri belə idi:
“Səni millətlərə nur etmişəm ki,
Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48 Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. 49 Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 50 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. 51  * Mat. 10:14; Mark 6:11; Luka 9:5; 10:10-11Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. 52 Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

*13:17 Çıx. 1:7; 12:51; Say. 14:34; Qanun. 1:30-31

*13:18 Onlara dözdü – bəzi əlyazmalarda onların qayğısına qaldı.

*13:19 Qanun. 7:1; Yeş. 14:1; Hak. 2:16; 1Şam. 3:20

*13:21 1Şam. 8:5; 10:21

*13:22 1Şam. 13:14; 16:12; Zəb. 89:20

*13:24 Mark 1:4; Luka 3:3

*13:25 Mat. 3:11; Mark 1:7; Luka 3:16; Yəh. 1:19-20,27

13:26 Bizə – bəzi əlyazmalarda sizə.

*13:28 Mat. 27:22-23; Mark 15:13-14; Luka 23:21-24; Yəh. 19:15

*13:29 Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42

*13:31 Həv. 1:3

*13:32 Zəb. 2:7

*13:34 Yeş. 55:3

*13:35 Zəb. 16:10

*13:40 Hab. 1:5

13:42 Camaat – bəzi əlyazmalarda Başqa millətlərdən olanlar.

*13:47 Yeş. 42:6; 49:6-7

*13:51 Mat. 10:14; Mark 6:11; Luka 9:5; 10:10-11