2
Musanın doğulması
O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı. * Həv. 7:20-21; İbr. 11:23 O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi. Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu. Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.
Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi. Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır». Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?» Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı. Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi. 10  * Həv. 7:20-21 Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa* Musa – ibrani dilində çıxaran. qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum».
Musa Misirlini öldürür
11  * İbr. 11:24 * Həv. 7:23-28,35 Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. 12 Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi. 13 Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?» 14 O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər». 15  * Həv. 7:29; İbr. 11:27 Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu.
Musa Midyanda yaşayır
16 Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular. 17 O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi. 18 Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?» 19 Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi». 20 O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin».
21 Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi. 22 Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom Gerşom – ibrani dilində orada qərib. qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».
Allah İsraillilərin fəryadını eşidir
23 Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. 24  * Yar. 15:13-14 Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. 25 Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı.

*2:2 Həv. 7:20-21; İbr. 11:23

*2:10 Həv. 7:20-21

*2:10 Musa – ibrani dilində çıxaran.

*2:11 İbr. 11:24

*2:11 Həv. 7:23-28,35

*2:15 Həv. 7:29; İbr. 11:27

2:22 Gerşom – ibrani dilində orada qərib.

*2:24 Yar. 15:13-14