29
Vay Yerusəlimin halına!
Ariel,* Ariel – ibrani dilində qurbangah ocağı yaxud Allahın aslanı mənasını daşıyır. Yerusəlim şəhərinə işarədir. ey Ariel, Davudun ordugah qurduğu şəhər!
İli ilə qat, bayramların keçirilsin.
Amma Arielə əzab verəcəyəm,
O, fəryad, fəğan edəcək,
Mənim üçün qurbangah ocağı kimi olacaq.
Sənə qarşı ətrafında ordugah quracağam,
Dövrəsinə istehkamlar düzəcəyəm,
Sənə hücum etmək üçün qüllələr tikəcəyəm.
Alçaldılacaqsan, yerin altından danışacaqsan,
Toz-torpaq içindən səsin boğuq gələcək,
Səsin ölü səsi kimi yerdən,
Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.
 
Amma çoxlu düşmənlərin narın toz kimi,
Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq.
Qəflətən bir an içində,
Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə,
Böyük səs-küylə, qasırğa və fırtına ilə,
Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.
Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar,
Ona və qalalarına qarşı savaşanların hamısı,
Ona zülm edənlər bir röya kimi,
Gecə görünən yuxu kimi yox olacaq.
Yuxuda çörək yediyini görən ac adam
Oyananda yenə acdır.
Yuxuda su içdiyini görən susuz adam
Oyananda yenə susuzluqdan yanır.
Sion dağına qarşı döyüşən
Bütün millətlərdən izdihamlar da belə olacaq.
 
Heyrətlənin və təəccüblənin,
Gözünüzü kor edin, qoy görməsin.
Şərab içmədən sərxoş olun,
İçki içmədən səndələyin.
10  * Rom. 11:8 Çünki Rəbb sizi dərin yuxuya saldı.
Ey peyğəmbərlər, gözlərinizi yumdu,
Ey görücülər, sizi kor elədi.
11  * Vəhy 5:1 Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür». 12 Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm».
 
13  * Mat. 15:7-9; Mark 7:6-7 Xudavənd deyir:
«Bu xalq Mənə yaxınlaşıb
Dilləri və dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
Onların Mənə səcdə etmələri
İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.
14  * 1Kor. 1:19 Ona görə Mən bir də bu xalq üçün
Yeni möcüzə, ecazkar şeylər edəcəyəm,
Müdriklərinin müdrikliyi məhv olacaq,
Aqillərinin ağlı yox olacaq».
 
15 Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına!
Qaranlıqda iş görən bu adamlar
«Bizi kim görür, kim tanıyır?» deyirlər.
16  * Yeş. 45:9; Rom. 9:20 Bu nə cür ağılsız düşüncədir!
Heç dulusçunu gil ilə bir tutmaq olarmı?
Düzəldilən əşya onu düzəldən barədə
«O məni düzəltmədi» deyərmi?
Qab onu yaradan barədə
«O heç nə anlamır» deyərmi?
 
17 Livan tezliklə məhsuldar tarlaya,
Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?
18 O gün karlar kitabdakı sözləri eşidəcək,
Korların gözləri zülmət qaranlıqda görəcək.
19 Fəqirlər Rəbdə sevinc tapacaq,
Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq.
20 Çünki zülmkarlar yox olacaq,
Rişxəndçilər itib-batacaq.
Pislik etməyə hazır olanlar məhv olacaq.
21 Onlar başqasına böhtan atanlar,
Şəhər darvazasında hakimə tələ quranlardır,
Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.
 
22 Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir:
«Yaqub nəsli artıq utanmayacaq,
Üzləri qorxudan saralmayacaq.
23 Əlimlə yaratdığım övladlarını
Aralarında görəndə
Adımı müqəddəs tutacaqlar,
Yaqubun Müqəddəsini təqdis edəcəklər,
İsrailin Allahından qorxacaqlar.
24 Yolunu azanlar anlayacaq,
Gileylənənlər təlim öyrənəcək».

*29:1 Ariel – ibrani dilində qurbangah ocağı yaxud Allahın aslanı mənasını daşıyır. Yerusəlim şəhərinə işarədir.

*29:10 Rom. 11:8

*29:11 Vəhy 5:1

*29:13 Mat. 15:7-9; Mark 7:6-7

*29:14 1Kor. 1:19

*29:16 Yeş. 45:9; Rom. 9:20