6
Levinin nəsilləri
1 Levinin oğulları: Gerşon, Qohat və Merari. 2 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 3 Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
4 Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. 5 Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. 6 Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. 7 Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. 8 Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. 9 Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. 10 Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. 11 Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. 12 Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. 13 Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. 14 Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. 15 Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.
16 *Çıx. 6:16-19 Levinin oğulları: Gerşon, Qohat və Merari. 17 Gerşonun oğullarının adları belədir: Livni və Şimey. 18 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 19 Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. 20 Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, 21 onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. 22 Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, 23 onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, 24 onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. 25 Elqananın oğulları: Amasay, Aximot və Elqana. 26 Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat, 27 onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. 28 Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. 29 Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, 30 onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.
Rəbbin evində olan musiqiçilər və kahinlər
31 Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. 32 Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. 33 Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu 34 Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu 35 Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu 36 Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu 37 Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu 38 İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu. 39 Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu 40 Mikael oğlu Baaseya oğlu Malkiya oğlu 41 Etni oğlu Zerah oğlu Adaya oğlu 42 Etan oğlu Zimma oğlu Şimey oğlu 43 Yaxat oğlu Gerşon oğlu Levi oğlu. 44 Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu 45 Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu 46 Amsi oğlu Bani oğlu Şemer oğlu 47 Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu. 48 Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.
49 Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. 50 Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua, 51 onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, 52 onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, 53 onun oğlu Sadoq, onun oğlu Aximaas.
Levililərə verilən şəhərlər
54 Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara 55 Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. 56 Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər. 57 Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, 58 Xilenlə otlaqları, Devirlə otlaqları, 59 Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları, 60 Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.
61 Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. 62 Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. 63 Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. 64 İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. 65 Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.
66 Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 67 Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, 68 Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, 69 Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. 70 Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.
71 Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, 72 İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, 73 Ramotla otlaqları, Anemlə otlaqları, 74 Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, 75 Xuqoqla otlaqları, Rexovla otlaqları, 76 Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.
77 Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, 78 Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, 79 Qedemotla otlaqları, Mefaatla otlaqları, 80 Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, 81 Xeşbonla otlaqları, Yazerlə otlaqları.