24
Kahinlər və onların xidmət qaydaları
Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. *Lev. 10:1-2 Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi. Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya, üçüncüsü Xarimə, dördüncüsü Seorimə, beşincisi Malkiyaya, altıncısı Miyaminə, 10 *Luka 1:5 yeddincisi Haqqosa, səkkizincisi Aviyaya, 11 doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya, 12 on birincisi Elyaşivə, on ikincisi Yaqimə, 13 on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya, 14 on beşincisi Bilqaya, on altıncısı İmmerə, 15 on yeddincisi Xezirə, on səkkizincisi Happissesə, 16 on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə, 17 iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula, 18 iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı. 19 İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
Qalan Levililərin siyahısı
20 Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya. 21 Rexavyanın nəslindən ilk oğlu İşşiya. 22 İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat. 23 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam. 24 Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir. 25 Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə. 26 Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya. 27 Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri. 28 Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi. 29 Qişin nəslindən Yeraxmeel. 30 Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir. 31 Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.

*24:2 Lev. 10:1-2

*24:10 Luka 1:5