YƏHYANIN BİRİNCİ MƏKTUBU
GİRİŞ
«Yəhyanın Birinci Məktubu»nun yazılmasında iki məqsəd var: imanlıları Allahla və Onun Oğlu İsa Məsihlə sıx ünsiyyətdə yaşamağa çağırmaq; bu ünsiyyəti məhv edə bilən yanlış təlim yayanlara qarşı xəbərdarlıq.
Bu yanlış təlimdə bildirilirdi ki, şər cismani dünya ilə təmasdan yaranır və Allahın Oğlu İsa Məsih insan təbiətinə malik deyil. Bu müəllimlər öyrədirdi ki, insan xilas tapmaq üçün bu dünyanın qayğılarından tam azad olmalıdır. Onlar həm də məsihçi imanlısı üçün mənəviyyatın və yaxınını sevməyin mühüm olduğunu inkar edirdilər.
Yəhya bütün bunlara qarşı durub aydın öyrədir ki, İsa, həqiqətən, insan idi. O həm də bəyan edir ki, İsa Məsihə iman edib Allahı sevənlər bir-birini də sevməlidir.
Kitabın məzmunu:
1:1-4 Həyat Kəlamı
1:5–2:17 Nur və qaranlıq
2:18-29 Məsihin əleyhdarı
3:1-24 Allahın övladları
4:1-6 Ruhları tanımaq barəsində
4:7-21 Allah məhəbbətdir
5:1-21 Qalib gələn iman və əbədi həyat
1
Həyat Kəlamı
1 *Yəh. 1:1Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik. 2 *Yəh. 1:14Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. 3 Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir. 4 Biz bunları yazırıq ki, sevincimiz*Sevincimiz – bəzi əlyazmalarda sevinciniz. kamil olsun.
Nurda yaşayın
5 Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur. 6 Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. 7 Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir. 8 Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. 9 Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. 10 Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.