11
Saxta həvarilər
Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün. Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm. *Yar. 3:1-13Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak*Və pak – bəzi əlyazmalarda bu sözlər yoxdur. həsr olunmasından azasınız. Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz. Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram. Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi? Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum. *Fil. 4:15-18Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam. 10 Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim. 11 Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
12 Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim. 13 Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır. 14 Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir. 15 Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
Öyünmək lazımdırsa…
16 Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm. 17 Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm. 18 Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm. 19 Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz. 20 Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz. 21 Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır!
Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var. 22 Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm. 23 *Həv. 16:23Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. 24 *Qanun. 25:3Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, 25 *Həv. 14:19; 16:22üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. 26 *Həv. 9:23; 14:5Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. 27 Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım. 28 Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır. 29 Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
30 Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm. 31 Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. 32 *Həv. 9:23-25Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı. 33 Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.

*11:3 Yar. 3:1-13

*11:3 Və pak – bəzi əlyazmalarda bu sözlər yoxdur.

*11:9 Fil. 4:15-18

*11:23 Həv. 16:23

*11:24 Qanun. 25:3

*11:25 Həv. 14:19; 16:22

*11:26 Həv. 9:23; 14:5

*11:32 Həv. 9:23-25