36
Esavın nəsli
(1Saln. 1:34-37)
Esavın, yəni Edomun tarixçəsi belədir. *Yar. 26:34 Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı, *Yar. 28:9 həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad aldı. Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu. Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır.
Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi. Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar. Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.
Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir. 10 Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel. 11 Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz. 12 Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. 13 Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir. 14 Esavın arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu.
15 Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz, 16 başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir. 17 Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir. 18 Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır. 19 Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.
Seirin nəsli
(1Saln. 1:38-41)
20 Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana, 21 Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır.
22 Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna. 23 Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam. 24 Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur. 25 Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama. 26 Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran. 27 Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan. 28 Dişanın oğulları bunlardır: Us və Aran.
29 Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana, 30 başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır.
Edomun padşahları və başçıları
(1Saln. 1:43-54)
31 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: 32 Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi. 33 Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 34 Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 35 Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. 36 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 37 Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 38 Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 39 Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
40 Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet, 41 başçı Oholivama, başçı Ela, başçı Pinon, 42 başçı Qenaz, başçı Teman, başçı Mivsar, 43 başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomluların əcdadıdır.

*36:2 Yar. 26:34

*36:3 Yar. 28:9