56
Rəbb bütün xalqları qəbul edəcək
Rəbb belə deyir:
«Ədaləti qoruyun, salehliyə əməl edin.
Çünki xilasım yaxındadır,
Salehliyim tezliklə aşkar olunacaq.
Bunu edən insan,
Buna itaət edən bəşər oğlu nə bəxtiyardır!
Şənbə gününü tutar, murdarlamaz,
Hər cür şərdən qorunar.
 
Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin:
“Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”.
Qoy heç bir xədim deməsin:
“Mən quru bir ağacam”».
Çünki Rəbb belə deyir:
«Şənbə günlərimə riayət edən,
Mənə xoş gələni seçən,
Əhdimə itaət edən xədimlərə
Evimdə, divarlarımın arasında
Oğul və qızlardan daha da yaxşı olan
Xatirə və ad verəcəyəm.
Onlara silinməz, əbədi bir ad verəcəyəm.
Rəbbə xidmət etmək, Onun adını sevmək,
Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan,
Əhdimə itaət edən,
Rəbbə bel bağlayan bütün yadelliləri
*Mat. 21:13; Mark 11:17; Luka 19:46 Müqəddəs dağıma gətirib
Dua evimdə sevindirəcəyəm.
Onların gətirdikləri
Yandırma qurbanları, bütün qurbanlar
Qurbangahımda qəbul olunacaq.
Çünki Mənim evim bütün xalqlar üçün
Dua evi adlandırılacaq».
İsrailin əsir düşmüş övladlarını toplayan
Xudavənd Rəbb belə bəyan edir:
«Mən hələ toplanmışların yanına başqalarını da yığacağam».
İsrailin pis başçıları mühakimə olunur
Ey bütün çöl heyvanları,
Ey bütün meşə heyvanları,
Gəlin yeməyə!
10 Xalqımın bütün gözətçiləri kordur, cahildir!
Onların hamısı hürə bilməyən lal itlərdir,
Yuxu görürlər, uzanırlar,
Yatmağı sevirlər!
11 Acgöz, azğın köpəklərdir bunlar,
Axmaq çobanlardır bunlar!
Hər kəs öz yolu ilə gedir,
Hər biri öz xeyrini güdür!
12 Bir-birlərinə deyirlər:
«Gəlin, şərab gətirək,
Bol-bol kefləndirici içki içək!
Sabahkı gün də bu gün kimi,
Hətta bundan da çox yaxşı olacaq!»

*56:7 Mat. 21:13; Mark 11:17; Luka 19:46