25
Bildad
Şuahlı Bildad belə cavab verdi:
«Səltənət və zəhm Allaha məxsusdur,
Uca göylərdə nizam quran Odur.
Orduları saya gələrmi?
İşığı kimin üzünə doğmaz?
Fani insan Allah qarşısında necə saleh ola bilər?
Qadından doğulan necə təmiz ola bilər?
Bax Onun gözündə ay belə, parlaq deyilsə,
Ulduzlar belə, pak deyilsə,
Torpaq qurduna bənzər fani insan necə ola bilər?
Axı bəşər oğlu bir cücüyə bənzər».