MATTANIN
NƏQL ETDİYİ MÜJDƏ
GİRİŞ
«Mattanın nəql etdiyi Müjdə»də İsa Məsihin vəd edilmiş Xilaskar olduğu barədə danışılır. Burada Onun vasitəsilə Allahın Əhdi-Ətiqdə Öz xalqına verdiyi vədlərin yerinə yetməsi vurğulanır. Bu Müjdə yalnız aralarında İsanın böyüyüb başa çatdığı Yəhudi xalqı üçün deyil, bütün dünya üçündür.
Mattanın nəql etdiyi Müjdə səlis ardıcıllıqla yazılıb. Bu kitab İsanın doğuluşu, vəftizi və sınağa çəkilməsindən başlayır. Sonra müəllif İsanın vəzləri, təlimləri və Qalileyada şəfa verməsi barədə danışır. Müjdə İsanın Qalileyadan Yerusəlimə səyahəti, Onun həyatında son həftə ərzində baş vermiş hadisələr, çarmıxa çəkilməsi və dirilməsi ilə bitir.
«Mattanın nəql etdiyi Müjdə» İsanı Qanunu izah etmək və Allahın Padşahlığı haqqında təlim vermək səlahiyyətinə malik olan böyük Müəllim kimi təqdim edir. Onun insanlara həyat verən təlimləri bu kitabda yazılmışdır.
Kitabın məzmunu:
1:1–2:23 İsa Məsihin nəsil şəcərəsi və doğulması
3:1-12 Vəftizçi Yəhyanın vəzi
3:13-17 İsa Məsihin vəftiz olunması
4:1-11 İsanın sınağa çəkilməsi
4:12–18:35 İsanın Qalileyada ictimai xidməti
19:1–20:34 Qalileyadan Yerusəlimə
21:1–27:66 İsanın Yerusəlimdəki son günləri
28:1-20 İsanın dirilməsi
1
İsa Məsihin nəsil şəcərəsi
(Luka 3:23-38)
Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:
İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. Yesseydən padşah Davud törədi.
Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10 Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11 *2Pad. 24:14-15; 2Saln. 36:10; Yer. 27:20Babil sürgünü zamanı Yoşiyadan Yekonya*Yekonya – başqa adı Yehoyakin. və onun qardaşları törədi.
12 Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13 Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14 Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15 Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16 Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.
17 Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.
İsa Məsihin doğulması
(Luka 2:1-7)
18 *Luka 1:26-27İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21 *Luka 1:31Məryəm bir Oğul doğacaq və Onun adını İsaİsa – ibrani dilində Rəbb xilas edir. qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».
22 *Yeş. 7:14Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:
23 «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar».
«İmmanuel» «Allah bizimlədir» deməkdir.
24 Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25 *Luka 2:21Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.

*1:11 2Pad. 24:14-15; 2Saln. 36:10; Yer. 27:20

*1:11 Yekonya – başqa adı Yehoyakin.

*1:18 Luka 1:26-27

*1:21 Luka 1:31

1:21 İsa – ibrani dilində Rəbb xilas edir.

*1:22 Yeş. 7:14

*1:25 Luka 2:21