3
Məzmur 3
Davudun məzmuru.
*2Şam. 15:13–17:22 Oğlu Avşalomun qarşısından qaçanda.
Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!
Əleyhimə qalxanlar nə qədər artıb!
Mənim üçün çoxları deyir:
«Allahdan ona xilas yoxdur».
Sela*Sela – fərz edilir ki, bu bir musiqi terminidir.
 
Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,
Şərəfimsən, başımı ucaldan Sənsən!
Rəbbi ucadan səsləyirəm,
O, müqəddəs dağından mənə cavab verir.
Sela
 
Mən yatıram, yuxuya gedirəm,
Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
Hər yandan məni mühasirəyə alan
On minlərlə xalqdan qorxmuram.
 
Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!
Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,
Pislərin dişlərini qırırsan.
Qurtuluş Rəbdəndir,
Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!
Sela

*^ 2Şam. 15:1317:22

*3:2 Sela – fərz edilir ki, bu bir musiqi terminidir.