16
Məzmur 16
Davudun miktamı.
Ey Allah, məni hifz et,
Sənə pənah gətirmişəm.
Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən.
Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
Yer üzünün müqəddəsləri isə nəcib insanlardır,
Yalnız belələrindən zövq alıram.
 
Yad allahların ardınca qaçanların dərdi artacaq,
Onlar üçün qan təqdimləri vermərəm,
Adlarını dilimə gətirmərəm.
 
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan,
Püşkümə düşən Səndən asılıdır.
Qismətimə gözəl yerlər düşdü,
Bəli, mənə nemət nəsib oldu.
 
Mənə nəsihət verən Rəbbə alqış edirəm,
Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
*Həv. 2:25-28 Rəbbə həmişə üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.
 
Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur,
Cismim əmin-amanlıqda yaşayır.
10 *Həv. 2:31; 13:35 Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını qəbirə salmazsan.
 
11 Mənə həyat yolunu öyrədirsən,
Doyunca sevinc Sənin hüzurundadır,
Sağ əlində hər zaman səadət var».

*16:8 Həv. 2:25-28

*16:10 Həv. 2:31; 13:35