63
Məzmur 63
Davudun məzmuru.
*1Şam. 23:14 Yəhuda çölündə olanda.
Ey Allah, mənim Allahım Sənsən,
Sənin üçün yaman qəribsəmişəm.
Quraq, cansıxıcı, susuz bir diyarda
Sənsiz könlüm susuzdur.
Bütün varlığımla həsrətini çəkirəm.
Müqəddəs yerdə Səni seyr edirdim,
Qüdrətini, əzəmətini görürdüm.
Mənim dilim Səni tərənnüm edir,
Məhəbbətin bu həyatdan gözəldir.
Bütün ömrüm boyu Sənə alqış edəcəyəm,
Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Sanki yağlı yeməklə canım tox olacaq,
Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
Yatanda belə, Səni xatırlayıram,
Gecə növbələrində Səni düşünürəm.
Sən mənə kömək oldun,
Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Könlüm Sənə bağlanır,
Sağ əlin məni möhkəm tutur.
 
Amma canımın qəsdinə duranlar
Yerin dibinə batacaqlar,
10 Qılıncın ağzına tuş gələcəklər,
Çaqqallara yem olacaqlar.
11 Amma padşah Allaha görə sevinəcək,
Adına and içən hər kəs həmd söyləyəcək,
Yalançıların isə ağzı yumulacaq.

*^ 1Şam. 23:14