72
Məzmur 72
Süleymanın məzmuru.
Ey Allah, padşaha ədalət ver,
Şah oğluna salehlik ver.
Qoy Sənin xalqına salehliklə,
Məzlumlara ədalətlə hakimlik etsin.
Xalqın firavanlığı dağlardan aşsın,
Salehlər təpələri dolaşsın.
Padşah xalq arasında olan məzlumları qorusun,
Fəqirləri xilas etsin,
Zalımları əzsin.
Nə qədər günəş və ay varsa,
Hər gələn nəsil qoy Səndən qorxsun.
Biçilən tarlaya yağış kimi,
Torpağı suvaran gur yağış kimi tökülsün.
Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın,
Göydə ay durduqca qoy firavanlıq artsın.
 
* Zək. 9:10 Dənizdən-dənizə qədər,
Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
Onun qarşısında köçəri xalqlar diz çöksün,
Düşmənləri isə qoy yerə vurulsun.
10 Tarşişin və adaların padşahları ona xərac gətirsin,
Səba və Seva padşahları ona bəxşiş versin.
11 Qarşısında bütün padşahlar təzim etsin,
Qoy bütün millətlər ona xidmət etsin!
 
12 Çünki o imdad deyib çağıran fəqirləri,
Məzlumları, köməksizləri qurtarır.
13 Yoxsula, fəqirə rəhm edir,
Fəqirlərin canlarını azad edir.
14 Onları hədə-qorxudan, zorakılıqdan qurtarır,
Onun gözündə bunların qanı qiymətlidir.
 
15 Yaşasın padşah!
Qoy ona Səba qızılı verilsin,
Qoy onun üçün durmadan dua edilsin,
Hər gün ona xeyir-dua verilsin.
16 Qoy ölkənin zəmiləri bol olsun,
Dağların başında dalğalansın.
Bu ölkə Livan kimi məhsul versin,
Qoy şəhərin əhalisi ot kimi bitsin.
17 Qoy padşahın adı əbədi qalsın,
Günəşin ömrü tək adı var olsun.
Onun vasitəsilə insanlar xeyir-dua alsın,
Onu bütün millətlər bəxtiyar adlandırsın!
 
18 Alqış olsun Rəbb Allaha, İsrailin Allahına,
Xariqələrin yeganə yaradanına!
19 Onun şərəfli adına əbədi alqış olsun,
Bütün yer üzü Onun izzətinə bürünsün!
Amin! Amin!
 
20 Yessey oğlu Davudun duaları burada sona çatır.

*72:8 Zək. 9:10