15
Bəla gətirən yeddi mələk
1 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.
2 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub. 3 *Çıx. 15:1; Zəb. 86:9; Yer. 10:7Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir:
«Ey Külli-İxtiyar Rəbb Allah,
Sənin işlərin böyük və heyrətlidir.
Ey millətlərin Padşahı,*Millətlərin Padşahı – bəzi əlyazmalarda əsrlərin Padşahı.
Sənin yolların ədalətli və həqiqidir.
4 Ya Rəbb, kim Səndən qorxmaz,
Kim Sənin adını izzətləndirməz?
Çünki yalnız Sən müqəddəssən.
Bütün millətlər gəlib
Sənin önündə səcdə edəcək,
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
5 *Çıx. 38:21Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı 6 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı. 7 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. 8 *Çıx. 40:34; 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.
*15:3 Çıx. 15:1; Zəb. 86:9; Yer. 10:7
*15:3 Millətlərin Padşahı – bəzi əlyazmalarda əsrlərin Padşahı.
*15:8 Çıx. 40:34; 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4