4
Ruhları sınayın
Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı*İsanı – bəzi əlyazmalarda İsa Məsihin cismən gəldiyini. iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür. Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır. Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq.
Allah məhəbbətdir
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. 10 Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. 11 Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. 12 *Yəh. 1:18Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur.
13 Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. 14 Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. 15 Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. 16 Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq.
Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. 17 Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündəQiyamət günündə – hərfi tərcümədə mühakimə günündə. cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. 18 Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.
19 Biz sevirik,Sevirik – bəzi əlyazmalarda Onu sevirik. çünki öncə O bizi sevdi. 20 Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz. 21 Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.

*4:3 İsanı – bəzi əlyazmalarda İsa Məsihin cismən gəldiyini.

*4:12 Yəh. 1:18

4:17 Qiyamət günündə – hərfi tərcümədə mühakimə günündə.

4:19 Sevirik – bəzi əlyazmalarda Onu sevirik.