2
Dua və ibadət
1-2 Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir. *2Tim. 1:11Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti*Həqiqəti – bəzi əlyazmalarda Məsihdə olan həqiqəti. söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.
Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər, *1Pet. 3:3qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil, 10 mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm. 11 Qadın sakitlik və tam bir tabelik içində öyrənsin; 12 qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun. 13 *Yar. 2:7,21-22; 3:1-6Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. 14 Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu; 15 amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.

*2:7 2Tim. 1:11

*2:7 Həqiqəti – bəzi əlyazmalarda Məsihdə olan həqiqəti.

*2:9 1Pet. 3:3

*2:13 Yar. 2:7,21-22; 3:1-6