PAULUN
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
GİRİŞ
Paul «Timoteyə İkinci Məktubu»nda öz gənc həmkarı və əməkdaşı olan Timoteyə çoxlu məsləhətlər verir. Əsas mövzu dözümdür. Paul Timoteyi İsa Məsihin Müjdəsini sədaqətlə vəz etməyə çağırır. Həm də o, Müjdənin və Əhdi-Ətiqin təliminə sadiq qalmağa ruhlandırır. Həvari öz gənc həmkarına tövsiyə edir ki, çəkdiyi iztirabların, rastlaşdığı müqavimətlərin heç birinə əhəmiyyət vermədən müjdəçilik və müəllimlik işini davam etdirsin.
Paul Timoteyə xüsusi məsləhət verir: «Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən» (2:23). Bütün bunların hamısını yekunlaşdıraraq Paul öz həyatını və məqsədini nümunə göstərərək iman, məhəbbət, dözümə və təqiblərdə əzablara səbirli olmağa çağırır.
Kitabın məzmunu:
1:1–2:13 Salamlar və tövsiyələr
2:14–4:5 Məsləhət və xəbərdarlıq
4:6-18 Paulun düşdüyü vəziyyət barəsində
4:19-22 Xudahafizləşmə
1
1 *Həv. 16:1Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan 2 mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
Müjdəyə sadiq qalmaq
3 Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm. 4 Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum. 5 *Həv. 16:1Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan. 6 Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. 7 Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. 8 Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. 9 Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, 10 indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. 11 *1Tim. 2:7Mən bu Müjdə üçün vaiz, həvari və müəllim*Müəllim – bəzi əlyazmalarda millətlərin müəllimi. təyin olundum. 12 Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə†Qiyamət gününə – hərfi tərcümədə o günə. qədər saxlamağa qadirdir. 13 Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. 14 Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.
15 Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır. 16 Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı. 17 Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı. 18 Qoy Rəbb qiyamət günü‡Qiyamət günü – hərfi tərcümədə o gün. ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.