2
İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi*Allahın sirri olan Məsihi – bəzi əlyazmalarda Allahın – həm Atanın, həm də Məsihin sirrini. dərk etsinlər. Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.
Məsihin qoyduğu həyat tərzi
Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 10 Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. 11 Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdənCismani təbiətdən – bəzi əlyazmalarda günahkar cismani təbiətdən. ayrılaraq sünnət olundunuz. 12 *Rom. 6:4Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. 13 *Ef. 2:1-5Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb 14 *Ef. 2:14-16tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədiniBorc sənədi – yəni Musanın Qanunu. ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 15 Allah başçıları və hakimləri§Başçıları və hakimləri – yəni qüvvətli şər ruhları. tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
16 *Rom. 14:1-6Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. 17 Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. 18 Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə**Gördüyü görüntülərə – bəzi əlyazmalarda görmədiyi şeylərə. güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. 19 *Ef. 4:16O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən††Bədən – yəni imanlılar cəmiyyəti. buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
Məsihdə yeni həyat
20 Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq 21 «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? 22 Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. 23 Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.

*2:2 Allahın sirri olan Məsihi – bəzi əlyazmalarda Allahın – həm Atanın, həm də Məsihin sirrini.

2:11 Cismani təbiətdən – bəzi əlyazmalarda günahkar cismani təbiətdən.

*2:12 Rom. 6:4

*2:13 Ef. 2:1-5

*2:14 Ef. 2:14-16

2:14 Borc sənədi – yəni Musanın Qanunu.

§2:15 Başçıları və hakimləri – yəni qüvvətli şər ruhları.

*2:16 Rom. 14:1-6

**2:18 Gördüyü görüntülərə – bəzi əlyazmalarda görmədiyi şeylərə.

*2:19 Ef. 4:16

††2:19 Bədən – yəni imanlılar cəmiyyəti.