19
İsrail rəhbərləri üçün mərsiyə
Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:
“Sənin anan nə idi?
Şirlər arasında dişi bir şir!
O, cavan aslanların içində yatardı,
Balalarını bəsləyərdi.
O, balalarından birini böyütdü,
Bala cavan bir şir oldu.
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
Millətlər onun xəbərini eşitdi,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
Burnuna halqa taxıb onu
Misir torpağına gətirdilər.
Dişi şir boş yerə gözlədiyini,
Ümid qalmadığını görəndə
Balalarından birini götürüb
Cavan bir şir etdi.
Bu bala şirlər arasında gəzirdi.
O da cavan bir şir olub
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
Onların qəsrlərini dağıtdı, *Qəsrlərini dağıtdı – arami tərcüməsində belədir, ibrani mətnində isə dul qadınlarını tanıdı.
Şəhərlərini viran etdi.
Bu şirin nərə səsindən
Ölkə və onun əhalisi dəhşət içində idi.
Ətraf ölkələrin millətləri
Onun üstünə gəldi,
Öz torlarını üzərinə atdı,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
Onun burnuna halqa taxıb qəfəsə saldılar.
Onu Babil padşahının yanına gətirdilər.
Sonra qalaya saldılar ki,
İsrail dağları üzərində
Bir daha səsi eşidilməsin.
 
10 Sənin anan da çay kənarındakı bağında
Əkilmiş bir üzüm tənəyi kimi idi.
Bol sulardan bəhərli oldu,
Çoxlu qol-budaq verdi.
11 Onun budaqları
Padşah əsası olacaq qədər gücləndi,
Boyu hündür ağaclara qədər ucaldı,
Onun çoxlu budaqları ilə
Hündürlüyü görünürdü.
12 Ancaq onu qəzəblə
Kökündən çıxarıb yerə atdılar,
Şərq küləyi onun meyvəsini qurutdu,
Möhkəm budaqları qoparıldı,
Onlar qurudu,
Onları od yandırıb-yaxdı.
13 O indi
Çöldə, quraq və susuz torpaqda əkildi.
14 Gövdəsinin bir budağından od çıxdı,
Onun meyvəsini yandırıb-yaxdı.
Onda padşah əsası olmaq üçün
Bir möhkəm budaq da qalmadı”.
 
Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».

*19:7 Qəsrlərini dağıtdı – arami tərcüməsində belədir, ibrani mətnində isə dul qadınlarını tanıdı.