12
Şükür məzmuru
O gün sən, ey İsrail, belə deyəcəksən:
«Ya Rəbb, Sənə şükür edəcəyəm!
Sən mənə qəzəblənirdin,
Lakin qəzəbin söndü,
Mənə təsəlli verdin.
*Çıx. 15:2; Zəb. 118:14 Allah xilasımdır,
Ona güvənəcəyəm və qorxmayacağam,
Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur,
O mənə xilas verdi!»
 
Sevinclə xilas mənbələrindən
Su çəkəcəksiniz.
*1Saln. 16:8; Zəb. 105:1 O gün belə deyəcəksiniz,
«Rəbbə şükür edin, Onun adını çağırın,
Xalqlar arasında Onun işlərini bəyan edin,
Onun adının ucalığını elan edin.
Rəbbi tərənnüm edin,
Çünki O, möhtəşəm işlər gördü,
Qoy bütün dünya bunu bilsin!
Ey Sion sakinləri, səsinizi ucaldın,
Sevinclə çığırın,
Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».

*12:2 Çıx. 15:2; Zəb. 118:14

*12:4 1Saln. 16:8; Zəb. 105:1