47
Filiştlilər barədə vəhy
1 *Yeş. 14:29-31; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7 Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
2 «Rəbb belə deyir:
“Budur, şimaldan sular qalxır,
Onlar sel kimi daşacaq,
Ölkənin və oradakı hər şeyin,
Şəhərin və orada yaşayanların üstünə axacaq.
İnsanlar fəryad edəcək,
O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
3 Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,
Döyüş arabalarının vəlvələsindən,
Təkərlərinin gurultusundan
Əlləri taqətdən düşdüyü üçün
Atalar dönüb oğullarına baxmır.
4 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.
Sur və Sidona yardım edə bilən,
Sağ qalan hər kəs yox ediləcək.
Rəbb Kaftor sahilindən gələn *Kaftor – indiki Krit adası.
Filiştlilərin sağ qalanlarını həlak edəcək.
5 Qəzzə saçını yolacaq,
Aşqelon susdurulacaq.
Ey düzənliklərində sağ qalanlar,
Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
6 ‹Ey Rəbbin qılıncı,
Nə vaxt sakitləşəcəksən?
Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.
7 Rəbb əmr etdiyi halda
Qılınc necə susa bilər?
Rəbb onu oraya – Aşqelona,
Dəniz sahilinə qarşı göndərdi”».
*47:1 Yeş. 14:29-31; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7
*47:4 Kaftor – indiki Krit adası.