AMOS
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Amos» Kitabı miladdan əvvəl VIII əsrin ortalarında yaşayan Amos peyğəmbərin ədalətsizliyə qarşı mübariz sözlərindən bəhs edir. Əhdi-Ətiqdə Musa peyğəmbərdən sonra sözləri ətraflı şəkildə göstərilən ilk peyğəmbər Amosdur. Amos yəhudalı idi, amma o, İsrailin şimal padşahlığına qarşı öz səsini qaldırırdı. Çünki bu dövrdə ədalətsizlik və yoxsulların istismarı bahasına firavan və arxayın yaşayan insanların ruhani aləmi təmiz deyildi. İnsanlar özlərini sədaqətli göstərirdi, lakin onların mənəviyyatı yox idi.
Amos peyğəmbər cəsarətlə deyirdi ki, Allah Öz xalqını cəzalandıracaq:
«Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!» (5:24),
«Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər» (5:15).
Kitabın məzmunu:
1:1–2:5 İsrailin qonşularının cəzalandırılması
2:6–6:14 İsraillilərin cəzalandırılması
7:1–9:15 Beş görüntü
1
*2Pad. 15:1-7; 2Saln. 26:1-23 *2Pad. 14:23-29 Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. *Yer. 25:30; Yoel 3:16 Amos belə dedi:
«Rəbb Siondan nərə çəkir,
Yerusəlimdən guruldayır.
Bundan otlaqlar solur,
Karmel dağının başı quruyur.
Rəbbin Aramlılara verəcəyi cəza
*Yeş. 7:1-3; Yer. 49:23-27; Zək. 9:1 Rəbb belə deyir:
“Dəməşqlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.
Buna görə də Xazaelin sarayına od yağdıracağam ki,
Ben-Hadadın qalalarını yandırıb-yaxsın.
Dəməşqin darvazalarının sürgülərini qıracağam,
Aven dərəsindən əhalini silib-atacağam,
Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm,
Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.
Rəbbin Filiştlilərə verəcəyi cəza
*Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Sef. 2:4-7; Zək. 9:5-7 Rəbb belə deyir:
“Qəzzəlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam.
Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.
Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
Aşdoddan əhalini silib-atacağam,
Aşqelondan əsa gəzdirəni kəsəcəyəm.
Eqrona qarşı əlimi qaldıracağam,
Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.
Rəbbin Surlulara verəcəyi cəza
*Yeş. 23:1-18; Yez. 26:1–28:19; Yoel 3:4-8; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14 Rəbb belə deyir:
“Surluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.
10 Buna görə də Surun divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın”.
Rəbbin Edomlulara verəcəyi cəza
11 *Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Avd. 1-14; Mal. 1:2-5 Rəbb belə deyir:
“Edomluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular,
Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.
12 Buna görə də Temana od yağdıracağam ki,
Bosranın qalalarını yandırıb-yaxsın”.
Rəbbin Ammonlulara verəcəyi cəza
13 *Yer. 49:1-6; Yez. 21:28-32; 25:1-7; Sef. 2:8-11 Rəbb belə deyir:
“Ammonluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar ərazilərini genişləndirmək üçün
Gileadda hamilə qadınların qarınlarını yırtdılar.
14 Buna görə də Rabbanın divarına od vuracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
Bu yer döyüş zamanı qışqırtı ilə,
Qasırğa günü fırtına ilə dağılacaq.
15 Onların padşahları ilə başçıları
Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.

*1:1 2Pad. 15:1-7; 2Saln. 26:1-23

*1:1 2Pad. 14:23-29

*1:2 Yer. 25:30; Yoel 3:16

*1:3 Yeş. 7:1-3; Yer. 49:23-27; Zək. 9:1

*1:6 Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Sef. 2:4-7; Zək. 9:5-7

*1:9 Yeş. 23:1-18; Yez. 26:128:19; Yoel 3:4-8; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14

*1:11 Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Avd. 1-14; Mal. 1:2-5

*1:13 Yer. 49:1-6; Yez. 21:28-32; 25:1-7; Sef. 2:8-11