41
Məgər sən Livyatanı *Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı. qarmaqla çəkə bilərsənmi?
Dilinə qaytan vura bilərsənmi?
Burnuna ip taxa bilərsənmi?
Qıra ilə çənəsini deşə bilərsənmi?
Sənə yalvarıb-yaxararmı,
Səninlə şirin-şirin danışarmı?
Əbədi qulun olmaq üçün
Səninlə əhd kəsərmi?
Quşla oynadığın kimi onunla oynaya bilərsənmi?
Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
Məgər tacirlər onu alıb-satarlarmı?
Aralarında bölə bilərlərmi?
Yabalarla dərisini,
Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et,
Onda bu işi bir daha görməzsən.
Onu tutmaq ümidin boş istəkdir.
Onun görkəmi adamı yıxmırmı?
10 Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur.
Bəs Mənim qarşımda kim dayana bilər?
11 *Rom. 11:35 Kim Mənə bir şey verib ki, ona geri qaytarım?
Bax göylər altında hər şey Mənimdir.
 
12 Sözümü kəsməyib onun əzalarından,
Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
13 Üstündəki paltarı kim çıxara bilər?
Qoşa cilovla kim ona yaxınlaşa bilər?
14 Ağzının qapılarını kim aça bilər?
Çünki damağındakı dişlər dəhşətlidir.
15 Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır,
Onlar bir-birinə möhkəm bağlanıb,
16 Bir-birlərinə elə bağlanıb ki,
Arasından hava keçməz.
17 Bir-birlərinə elə yapışıb ki,
Birdir, ayrılmaz.
18 Asqıranda od sıçrayır,
Gözləri səhər işığı tək par-par yanır.
19 Ağzından alovlu məşəllər çıxır,
Qığılcımlar saçılır.
20 Burnunun deşiklərindən tüstü çıxır,
Elə bil qazan qaynayır, qamış yanır.
21 Nəfəsindən kömürlər közərir,
Ağzından alov çıxır.
22 Boynunda qüvvət yaşayır,
Qabağında dəhşət oynayır.
23 Ətinin qatları bir-birinə bitişib,
Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
24 Ürəyi daş kimi möhkəmdir,
Dəyirmanın alt daşı kimi bərkdir.
25 Qalxanda güclülər lərzəyə gəlir,
Qorxub ürəkləri gedir.
26 Üstünə qılınc çəkməyin faydasızdır,
Nizə, tir, mizraqdan kar aşmır.
27 Dəmiri saman çöpü,
Tuncu çürük odun sayır.
28 O, oxlardan qaçmır,
Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
29 Dəyənəkləri küləş qırıntısı sanır,
Mizraqın vıyıltısına gülür.
30 Qarnının altı sərt saxsıya oxşayır,
Palçıq üstə vəl kimi iz qoyur.
31 Dərin suları bir qazan kimi qaynadır,
Dənizi ətir küpünə döndərir,
32 Arxasınca parlaq bir iz buraxır,
İnsan bu dərinliyi ağaran saça oxşadır.
33 Yer üzündə misli-bərabəri yoxdur,
Qorxu bilməyən məxluqdur.
34 Hər lovğalanana xor baxır,
Bütün məğrur heyvanların hakimidir».

*41:1 Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.

*41:11 Rom. 11:35