132
Məzmur 132
Ziyarət nəğməsi.
Ya Rəbb, Davudu,
Çəkdiyi bütün əzabları,
Rəbbə etdiyi andı,
Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
O dedi: «Öz evimdə yaşamaram,
Yatağımda yatmaram,
Gözümə yuxu getməz,
Gözlərimi yummaram
Rəbbə layiq bir yer,
Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
 
*2Saln. 6:41-42 Əhd sandığının Efratada olduğunu eşitdik,
Onu Yaar tarlalarında tapdıq.
Dedik: «Gəlin, Onun məkanına gedək,
Kətilində səcdə edək».
 
Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.
Kahinlərin həqiqətə bürünsün,
Möminlərin Səni mədh etsin.
10 Qulun Davudun xatirinə
Məsh etdiyindən üz döndərmə.
 
11 *2Şam. 7:12-13; 1Saln. 17:11-12; Zəb. 89:3-4; Həv. 2:30 Rəbb Davuda sədaqətlə and içdi,
Bu andından dönməz:
«Belindən gələn oğullarından birini
Səndən sonra taxtında oturdacağam.
12 Əgər övladların əhdimə,
Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,
Onların oğulları da
Sonsuza qədər sənin taxtında oturacaq».
 
13 Çünki Rəbb Sionu seçdi,
Orada Öz məskənini salmaq istədi.
14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,
İstəyirəm ki, burada məskən salım.
15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm,
Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16 Kahinlərini zəfərə bürüyəcəyəm,
Möminləri sevinclə mədh oxuyacaq.
17 *1Pad. 11:36; 15:4; 2Pad. 8:19; 2Saln. 21:7 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,
Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18 Düşmənlərini xəcalətə salacağam,
Lakin onun tacı nur saçacaq».

*132:6 2Saln. 6:41-42

*132:11 2Şam. 7:12-13; 1Saln. 17:11-12; Zəb. 89:3-4; Həv. 2:30

*132:17 1Pad. 11:36; 15:4; 2Pad. 8:19; 2Saln. 21:7