150
Məzmur 150
Rəbbə həmd edin! *Rəbbə həmd edin – ibrani dilində Halleluya.
 
Müqəddəs məskənində Allaha həmd edin!
Möhtəşəm göy qübbəsində Ona həmd edin!
Qüdrətli işləri üçün Ona həmd edin!
Bol əzəmətinə görə Ona həmd edin!
 
Şeypur səsi ilə Ona həmd edin!
Çənglə, lira ilə Ona həmd edin!
Dəflə, rəqslərlə Ona həmd edin!
Sazla, tütəklə Ona həmd edin!
Xoş səsli sinclərlə Ona həmd edin!
Cingildəyən sinclərlə Ona həmd edin!
Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!
 
Rəbbə həmd edin!

*150:1 Rəbbə həmd edin – ibrani dilində Halleluya.