8
*Zəb. 110:1Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir. Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır. Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var. *Çıx. 25:40; Həv. 7:44Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi:
«Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».
Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.
Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı. *Yer. 31:31-34Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir:
«Rəbb bəyan edir:
“İsrail xalqı və Yəhuda xalqı ilə
Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.
Bu Əhd
Atalarını Misir torpağından çıxartmaq üçün
Əllərindən tutduğum gün
Onlarla bağladığım əhdə bənzəməyəcək.
Çünki onlar əhdimə sadiq qalmadılar,
Mən də onlardan üz döndərdim”
Rəbb belə bəyan edir.
10 “O günlərdən sonra
İsrail xalqı ilə
Bağlayacağım Əhd belədir”
Rəbb bəyan edir,
“Qanunlarımı onların zehinlərinə qoyub
Ürəklərinə yazacağam.
Mən onların Allahı,
Onlar da Mənim xalqım olacaq.
11 Bir kəs öz həmvətənini yaxud qardaşını
‹Rəbbi tanı› deyib öyrətməyəcək.
Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.
12 Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam,
Günahlarını daha yada salmayacağam”».
13 Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.

*8:1 Zəb. 110:1

*8:5 Çıx. 25:40; Həv. 7:44

*8:8 Yer. 31:31-34