110
Məzmur 110
Davudun məzmuru.
*Mat. 22:44; Mark 12:36; Luka 20:42-43; Həv. 2:34-35; 1Kor. 15:25; Ef. 1:18-22; Kol. 3:1; İbr. 1:13; 8:1-2; 10:12-13 Rəbb mənim Ağama dedi:
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur».
Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək,
Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.
Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq,
Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.
*İbr. 5:6,9-10; 6:20; 7:17,21 Rəbb and içdi, qərarını dəyişməz:
«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».
 
Xudavənd sənin sağ tərəfindədir,
Qəzəb günündə padşahları qıracaq.
Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək,
O bütün ölkələrin başçılarını əzəcək.
Yol kənarında olan vadidən su içəcək,
Buna görə güclənib yüksələcək.

*110:1 Mat. 22:44; Mark 12:36; Luka 20:42-43; Həv. 2:34-35; 1Kor. 15:25; Ef. 1:18-22; Kol. 3:1; İbr. 1:13; 8:1-2; 10:12-13

*110:4 İbr. 5:6,9-10; 6:20; 7:17,21