9
Yeni Əhdin qurbanı köhnəsindən üstündür
Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi. *Çıx. 25:23-40; 26:1-30; 36:8-34; 37:10-24Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi. *Çıx. 26:31,33İkinci pərdə arxasında isə Ən Müqəddəs yer adlanan bir bölmə var idi. *Çıx. 16:33; 25:10-16; 30:1-6; 37:25-28; Say. 17:8-10; Qanun. 10:3-5Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi. *Çıx. 25:17-22; 37:6-9Sandığın üzərində isə kəffarə qapağına kölgə salan izzətli keruvlar var idi. Lakin bunlar barəsində indi ətraflı danışa bilmirik.
*Say. 18:2-6Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar. *Lev. 16:1-34İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz. Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır. Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir. 10 Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır.
11 Lakin Məsih indi gələn*İndi gələn – bəzi əlyazmalarda gələcək. nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib 12 *Lev. 16:15-16; Say. 19:9,17-19təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 13 Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, 14 deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
15 Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. 16 Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır. 17 Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur. 18 Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi. 19 *Çıx. 24:6-8Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrinDana və təkələrin – bəzi əlyazmalarda danaların. qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi:
20 «Budur Allahın sizə əmr etdiyi Əhdin qanı».
21 *Lev. 8:15Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi. 22 *Lev. 17:11Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
Son qurban
23 Beləliklə, göylərdəkilərin təsvirlərini bu qurbanlarla, göylərdəkiləri isə bunlardan daha yaxşı qurbanlarla təmizləmək lazım idi. 24 Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun. 25 Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi. 26 Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. 27 *Yeş. 53:12Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, 28 eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.

*9:2 Çıx. 25:23-40; 26:1-30; 36:8-34; 37:10-24

*9:3 Çıx. 26:31,33

*9:4 Çıx. 16:33; 25:10-16; 30:1-6; 37:25-28; Say. 17:8-10; Qanun. 10:3-5

*9:5 Çıx. 25:17-22; 37:6-9

*9:6 Say. 18:2-6

*9:7 Lev. 16:1-34

*9:11 İndi gələn – bəzi əlyazmalarda gələcək.

*9:12 Lev. 16:15-16; Say. 19:9,17-19

*9:19 Çıx. 24:6-8

9:19 Dana və təkələrin – bəzi əlyazmalarda danaların.

*9:21 Lev. 8:15

*9:22 Lev. 17:11

*9:27 Yeş. 53:12