49
Rəbbin qulu çağırışını izah edir
*Yer. 1:5 Ey uzaq diyarlar, Məni dinləyin!
Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!
Rəbb məni anadan olandan bəri çağırmışdı,
Ana bətnindən adımı yadına saldı.
*İbr. 4:12; Vəhy 1:16 Ağzımı iti qılınc kimi etdi,
O məni əlinin kölgəsində gizlətdi.
O məni iti ox edib
Öz oxdanında saxladı.
Mənə dedi: «Qulumsan, ey İsrail,
Mən səninlə izzətlənəcəyəm».
Amma mən dedim:
«Mən boş yerə çalışdım,
Gücümü hədər yerə tükətdim.
Rəbb mənə yenə haqq qazandırır,
Mükafatım Allahımdadır».
 
Rəbb məni qulu etmək üçün
Ana bətnində mənə quruluş verdi ki,
Yaqub nəslini Ona tərəf döndərim,
İsraili Onun önünə toplayım.
Onun gözündə hörmət qazandım,
Qüdrətim Allahım oldu.
Rəbb indi belə deyir.
*Yeş. 42:6; Luka 2:32; Həv. 26:23 *Həv. 13:47 O deyir:
«Yaqub qəbilələrinin bərpası,
İsrailin sağ qalanlarının geri qayıtması üçün
Qulum olmağın kifayət deyil.
Səni millətlərə nur edəcəyəm ki,
Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
Allah Öz qulunu ruhlandırır
Adamların nifrət etdiyi,
Millətin həqarətlə baxdığı,
Hökmdarların qulu olan şəxsə,
İsrailin Satınalanı, Müqəddəsi,
Rəbb belə deyir:
«İsrailin Müqəddəsi,
Sadiq Rəbb səni seçdiyinə görə
Padşahlar səni görüb ayağa qalxacaq,
Əmirlər qarşında yerə səriləcək».
 
*2Kor. 6:2 Rəbb belə deyir:
«Münasib vaxtda sənə cavab verdim,
Xilas günü sənə kömək etdim.
Səni hifz edəcəyəm.
Səni xalqım üçün əhd edəcəyəm ki,
Dağılmış ölkəni bərpa edəsən,
İrs olaraq yenə sahiblərinə verəsən.
Dustaqlara “çıxın”,
Zülmətdə oturanlara
“Özünüzü göstərin!” deyəsən.
Onlar yol boyunca quzu kimi bəslənəcək,
Hər çılpaq təpədə otlaq tapacaq.
10 *Vəhy 7:16-17 Onlar nə ac, nə də susuz qalacaq,
Qızmar isti və günəş onları vurmayacaq.
Çünki onlara mərhəmət edən yol göstərəcək,
Onları bulaqlara doğru yönəldəcək.
11 Mən bütün dağlarımı yola döndərəcəyəm,
Yollarımı hamar edəcəyəm.
12 Budur, xalqım uzaq yerlərdən,
Kimisi şimaldan, kimisi qərbdən,
Kimisi isə Sinim *Sinim – zənn edilir ki, Misirdəki bir bölgənin adıdır. ölkəsindən gələcək».
 
13 Tərənnüm edin, ey göylər,
Ey yer üzü, fərəhlən!
Ey dağlar, sevinc nidalarına qoşulun!
Çünki Rəbb xalqına təsəlli verəcək,
İztirab çəkənlərinə rəhm edəcək.
Sionun bərpası
14 Amma Sion dedi: «Rəbb məni tərk etdi,
Xudavəndim məni unutdu».
15 Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı?
Bətnindən çıxan oğluna rəhm etməzmi?
Ana öz körpəsini unutsa belə,
Mən səni əsla unutmaram.
16 Mən sənin adını ovuclarımda həkk etmişəm,
Ey Sion, divarların daima önümdədir.
17 Oğulların tələsib yanına gələcək,
Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
18 Qaldır başını, bax ətrafına:
Hamı yığılıb yanına gəlir.
Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki,
Onların hamısı sənin üçün bər-bəzək olacaq,
Gəlin kimi onları taxıb fəxr edəcəksən!
Allah İsrail xalqını bərpa edib artıracaq
19 Xarabalığa, viranəliyə dönmüşdün,
Ölkən yerlə yeksan olmuşdu.
Amma indi bu torpaq sakinlərin üçün dar olacaq,
Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
20 Sənin sürgündə doğulmuş övladların
Səsini ucaldıb belə deyəcək:
“Bu yer bizim üçün dar gəlir,
Yaşamaq üçün bizə yer ver”.
21 Sən qəlbində deyəcəksən:
“Axı bunları mənim üçün kim doğdu?
Övladlarım itkin düşmüşdü, sonsuz oldum,
Sürgün edilmişdim, qovulmuşdum.
Belə isə bunları kim böyütdü?
Mən tək-tənha qalmışdım,
Bəs bunlar haradan gəlib-çıxdı?”»
 
22 Xudavənd Rəbb belə deyir:
«Budur, Mən əlimi millətlərə
Bir işarə kimi uzadacağam,
Bayrağımı xalqlar arasında qaldıracağam.
Onlar sənin oğullarını qucağında,
Qızlarını çiyinlərində gətirəcək.
23 Padşahlar sənə atalıq,
Mələkələr sənə analıq edəcək.
Üzüstə yerə sərilib sənə səcdə edəcəklər,
Ayaqlarının tozunu yalayacaqlar.
Onda biləcəksən ki, Mən Rəbbəm,
Mənə güvənənlər utanmayacaq».
 
24 Məgər güclünün əlindən qənimət alına bilərmi?
Zorakının əlindən əsirlər qurtula bilərmi?
25 Amma Rəbb belə deyir:
«Bəli, güclünün əlindən əsirlər də alına bilər,
Zorakının əlindən qənimət də götürülə bilər,
Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm,
Övladlarını Mən qurtaracağam.
26 Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm,
Öz qanları ilə sərxoş olub
Şirin şərab içənlərin halına düşəcəklər.
Beləcə bütün bəşər biləcək ki,
Səni qurtaran Rəbb Mənəm.
Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».

*49:1 Yer. 1:5

*49:2 İbr. 4:12; Vəhy 1:16

*49:6 Yeş. 42:6; Luka 2:32; Həv. 26:23

*49:6 Həv. 13:47

*49:8 2Kor. 6:2

*49:10 Vəhy 7:16-17

*49:12 Sinim – zənn edilir ki, Misirdəki bir bölgənin adıdır.