15
Yəhuda qəbiləsinin torpaqları
1 Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi. 2 Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı. 3 Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü. 4 *Say. 34:3-5 Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq. 5 Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı. 6 Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı. 7 Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı. 8 Sonra sərhəd Ben-Hinnom vadisindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom vadisinin qərbindəki dağın təpəsinə qalxırdı. 9 Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı. 10 Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı. 11 Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı. 12 Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi.
Kalevlə Otnielin Xevron və Deviri alması
13 Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi. 14 *Hak. 1:10-15,20 Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu. 15 Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi. 16 Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 17 Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi. 18 Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 19 Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
Yəhuda qəbiləsinin şəhərləri
20 Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur: 21 Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur, 22 Qina, Dimona, Adada, 23 Qedeş, Xasor, İtnan, 24 Zif, Telem, Bealot, 25 Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor 26 Amam, Şema, Molada, 27 Xasar-Qadda, Xeşmon, Bet-Pelet, 28 Xasar-Şual, Beer-Şeva, Bizyotya, 29 Baala, İyim, Esem, 30 Eltolad, Kesil, Xorma, 31 Ziqlaq, Madmanna, Sansanna, 32 Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33 Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna, 34 Zanoah, En-Qannim, Tappuah, Enam, 35 Yarmut, Adullam, Soko, Azeqa, 36 Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi.
37 Senan, Xadaşa, Miqdal-Qad, 38 Dilan, Mispe, Yoqteel, 39 Lakiş, Bosqat, Eqlon, 40 Kabbon, Laxmas, Kitliş, 41 Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi.
42 Livna, Eter, Aşan, 43 İftah, Aşna, Nesiv, 44 Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
45 Qəsəbələri və kəndləri ilə birlikdə Eqron, 46 Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər, 47 Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri.
48 Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko, 49 Danna, Qiryat-Sanna, yəni Devir, 50 Anav, Eştemo, Anim, 51 Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi.
52 Arav, Ruma, Eşan, 53 Yanim, Bet-Tappuah, Afeqa, 54 Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
55 Maon, Karmel, Zif, Yutta, 56 İzreel, Yoqdeam, Zanoah, 57 Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi.
58 Xalxul, Bet-Sur, Qedor, 59 Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
60 Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi.
61 Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka, 62 Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
63 *Hak. 1:21; 2Şam. 5:6; 1Saln. 11:4 Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır.