8
Məzmur 8
Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru.
Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Ehtişamın göylərə qalxır!
*Mat. 21:16 Düşməni və qisasçını susdurmaq üçün
Körpələrin və çağaların səsi ilə
Yağılarına qarşı qala qurdun.
 
Əllərinin işi olan göyləri,
Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
*Əyy. 7:17-18; Zəb. 144:3; İbr. 2:6-8 «İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
 
Onu Allahdan*Allahdan – yaxud mələklərdən. bir az aşağı yaratdın,
İzzət və əzəmət tacını onun başına qoydun,
*1Kor. 15:27; Ef. 1:22; İbr. 2:8 Əllərinin işləri üzərində onu hökmdar etdin.
Hər şeyi onun ayağının altına qoydun:
Bütün sürü və naxırları,
Çöldə yaşayan heyvanları,
Göydəki quşları, dənizdəki balıqları,
Dəryalarda üzənlərin hamısını.
 
Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

*8:2 Mat. 21:16

*8:4 Əyy. 7:17-18; Zəb. 144:3; İbr. 2:6-8

*8:5 Allahdan – yaxud mələklərdən.

*8:6 1Kor. 15:27; Ef. 1:22; İbr. 2:8