7
Məzmur 7
Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon.
Ey Rəbb Allahım, Sənə sığınmışam,
Məni bütün təqibçilərimdən qurtar,
Məni xilas et.
Yoxsa aslan kimi məni parçalayarlar,
Xilas edən olmasa, məni didib-dağıdarlar.
 
Ya Rəbb Allahım, əgər günah etmişəmsə,
Əllərimdən haqsızlıq gəlibsə,
Əgər dostuma xəyanət etmişəmsə,
Düşmənimi nahaqdan qarət etmişəmsə,
Qoy məni düşmən qovub tutsun,
Bədənimi təpik altına salsın,
Şərəfimi yerə vursun.
Sela
Qəzəblə qalx, ya Rəbb,
Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl!
Mənə görə oyan,
Hökmünü bəyan et!
 
Ümmətlər icması Sənin ətrafına yığılsın,
Sən onların başı üzərində ucal, hökmünü ver.
Rəbb xalqlar üzərində hakimlik edir;
Məni mühakimə et, ya Rəbb,
Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
*Vəhy 2:23 Pislərin pisliyi sona yetsin,
Salehlərsə möhkəmlənsin!
Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
 
10 Allah mənim sipərimdir,
Ürəyidüz olanları xilas edir.
11 Allah adil hakimdir,
Hər gün haqsızlığa görə hökm verir.
12 Pislər yolundan dönməzsə,
O, qılıncını itilər,
Ox-kamanını qurar,
13 Onlara qarşı ölüm silahları hazırlayar,
Yandırıcı oxları ilə nişan alar.
 
14 *Əyy. 15:35; Yeş. 59:4 Pislər hiyləyə hamilə olar,
Şər üçün ağrı çəkər, yalan doğar.
15 Onlar başqasına quyu qazar, dərinləşdirər,
Qazdıqları quyuya özləri düşər.
16 Yamanlıqları öz üstlərinə dönər,
Zorakılıqları başlarına düşər.
 
17 Rəbbə ədalətinə görə şükür edəcəyəm,
Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!

*7:9 Vəhy 2:23

*7:14 Əyy. 15:35; Yeş. 59:4