2
Efesdəki cəmiyyət
Efesdə olan cəmiyyətin mələyinə yaz:
Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın.
Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib*Yanına gəlib – bəzi əlyazmalarda tezliklə yanına gəlib. çıraqdanını yerindən götürəcəyəm. Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm.
*Yar. 2:9; Yez. 28:13; 31:8; Vəhy 22:2Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
İzmirdəki cəmiyyət
*Yeş. 44:6; 48:12; Vəhy 1:17; 22:13İzmirdə olan cəmiyyətin mələyinə yaz:
Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: sənin əziyyətindənƏziyyətindən – bəzi əlyazmalarda əməllərindən, əziyyətindən. və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 10 Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm.
11 *Vəhy 20:14; 21:8Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
Berqamadakı cəmiyyət
12 Berqamada olan cəmiyyətin mələyinə yaz:
İkiağızlı iti qılıncı Olan belə deyir: 13 gör harada,Gör harada – bəzi əlyazmalarda sənin əməllərindən və gör harada. Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.
14 *Say. 22:5,6; 25:1-3; 31:16; Qanun. 23:4Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 15 Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 16 Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm.
17 *Çıx. 16:14-15,33-35; Yeş. 62:2; 65:15; Yəh. 6:31,48-50,58Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli§Gizli – bəzi əlyazmalarda yemək üçün gizli. saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Tiatiradakı cəmiyyət
18 Tiatirada olan cəmiyyətin mələyinə yaz:
Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 19 sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur.
20 *1Pad. 16:31; 2Pad. 9:22,30Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 21 Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 22 Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 23 *Zəb. 7:9; 62:12; Yer. 17:10Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.
24 Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 25 ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.
26 *Zəb. 2:8-9Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
27 “Dəmir əsa ilə onlara ağalıq edəcək,
Saxsı qablar kimi onları çilik-çilik edəcək”.
28 Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 29 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

*2:5 Yanına gəlib – bəzi əlyazmalarda tezliklə yanına gəlib.

*2:7 Yar. 2:9; Yez. 28:13; 31:8; Vəhy 22:2

*2:8 Yeş. 44:6; 48:12; Vəhy 1:17; 22:13

2:9 Əziyyətindən – bəzi əlyazmalarda əməllərindən, əziyyətindən.

*2:11 Vəhy 20:14; 21:8

2:13 Gör harada – bəzi əlyazmalarda sənin əməllərindən və gör harada.

*2:14 Say. 22:5,6; 25:1-3; 31:16; Qanun. 23:4

*2:17 Çıx. 16:14-15,33-35; Yeş. 62:2; 65:15; Yəh. 6:31,48-50,58

§2:17 Gizli – bəzi əlyazmalarda yemək üçün gizli.

*2:20 1Pad. 16:31; 2Pad. 9:22,30

*2:23 Zəb. 7:9; 62:12; Yer. 17:10

*2:26 Zəb. 2:8-9