22
1 *Yez. 47:1; Zək. 14:8Mələk mənə həyat suyu*Həyat suyu – bəzi əlyazmalarda təmiz həyat suyu. axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır 2 *Yar. 2:9və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. 3 *Zək. 14:11Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. 4 Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. 5 *Yeş. 60:19; Dan. 7:18Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
İsanın zühuru
6 Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin». 7 İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!»
8 Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. 9 Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». 10 Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. 11 *Dan. 12:10Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».
12 *Zəb. 28:4; Yeş. 40:10; 62:11; Yer. 17:10İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. 13 *Yeş. 44:6; 48:12; Vəhy 1:8,17; 2:8Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
14 *Yar. 2:9; 3:22Xalatlarını günahdan təmizləyənlər†Xalatlarını günahdan təmizləyənlər – bəzi əlyazmalarda Əmrlərinə əməl edənlər. nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. 15 İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq.
16 *Yeş. 11:1,10Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».
17 *Yeş. 55:1Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.
18 *Qanun. 4:2; 12:32Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq; 19 kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.
20 Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
21 Rəbb İsanın lütfü hamıya‡Hamıya – bəzi əlyazmalarda bütün müqəddəslərə. yar olsun! Amin.
*22:1 Həyat suyu – bəzi əlyazmalarda təmiz həyat suyu.
*22:12 Zəb. 28:4; Yeş. 40:10; 62:11; Yer. 17:10
*22:13 Yeş. 44:6; 48:12; Vəhy 1:8,17; 2:8
†22:14 Xalatlarını günahdan təmizləyənlər – bəzi əlyazmalarda Əmrlərinə əməl edənlər.
‡22:21 Hamıya – bəzi əlyazmalarda bütün müqəddəslərə.