24
Məzmur 24
Davudun məzmuru.
*1Kor. 10:26 Rəbbindir yer üzü və orada mövcud olanlar,
Dünya və orada yaşayanlar.
O, yerin təməlini dənizlər üstündə qurdu,
Dünyanı sular üzərində yaratdı.
 
Rəbbin dağına kim çıxa bilər?
Müqəddəs məskəninə kim girə bilər?
*Mat. 5:8 – Əlləri pak, qəlbi təmiz,
Hiyləyə könül verməyən,
Yalandan and içməyən insan.
O, Rəbdən bərəkət alacaq,
Xilaskarı Allahdan salehlik alacaq.
Belə adam Rəbbi soraqlayar,
Yaqubun Allahının üzünü axtarar.
Sela
 
Ey darvazalar, başlarınızı qaldırın,
Ey qədim qapılar, açılın,
Əzəmətli Padşah içəri daxil olsun!
Bu əzəmətli Padşah kimdir?
– Odur, güclü-qüdrətli Rəbb,
Döyüşdə qüvvətli Rəbb.
Ey darvazalar, başlarınızı qaldırın,
Ey qədim qapılar, açılın,
Əzəmətli Padşah içəri daxil olsun!
10 Bu əzəmətli Padşah kimdir?
– Ordular Rəbbi,
Odur əzəmətli Padşah!
Sela

*24:1 1Kor. 10:26

*24:4 Mat. 5:8