95
Məzmur 95
Gəlin Rəbbi mədh edək,
Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
Şükür edərək hüzuruna gedək,
Cuşa gəlib ilahilərlə Ona nida edək!
 
Axı Rəbb böyük Allahdır,
Bütün allahlar üzərində əzəmətli Padşahdır.
Yerin dərin qatları Onun əlindədir,
Həm də dağların zirvələri Onundur,
Onunkudur dəniz, Özü yaratmış,
Torpağı əlləri qurmuş!
 
Gəlin Ona səcdə edək, əyilək,
Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
*İbr. 3:7-11,15; 4:3,5,7 Çünki O, Allahımızdır,
Biz Onun otlağının xalqıyıq,
Əlinin altındakı sürüsüyük.
 
Əgər bu gün Onun səsini eşitsəniz,
*Çıx. 17:1-7; Say. 20:2-13 «Qoy ürəkləriniz
Merivada olduğunuz kimi,
Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
Orada atalarınız Məni sınadılar,
Əməllərimi görsələr də, Məni yoxladılar.
10 Qırx il o nəsildən zəhləm getdi.
Dedim: “Onlar azğın ürəkli xalqdır,
Yollarımı tanımır”.
11 *Say. 14:20-23; Qanun. 1:34-36 *Qanun. 12:9-10 Buna görə qəzəblənib and içmişəm:
“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

*95:7 İbr. 3:7-11,15; 4:3,5,7

*95:8 Çıx. 17:1-7; Say. 20:2-13

*95:11 Say. 14:20-23; Qanun. 1:34-36

*95:11 Qanun. 12:9-10