114
Məzmur 114
*Çıx. 12:51 İsraillilər Misirdən çıxanda,
Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
Yəhuda Rəbbin müqəddəs məskəni oldu,
İsrail Rəbbin səltənəti oldu.
 
*Çıx. 14:21 *Yeşua 3:16 Onları görəndə dəniz qaçdı,
İordan çayı geri çəkildi.
Zirvələr qoçlar kimi,
Təpələr quzular kimi tullandı.
Ey dəniz, niyə qaçdın, sənə nə oldu?
Ey İordan çayı, niyə belə geri çəkildin?
Ey zirvələr, qoçlar kimi,
Ey təpələr, quzular kimi niyə tullandınız?
 
*Çıx. 17:1-7; Say. 20:2-13 Ey dünya, Hökmranın hüzurunda,
Yaqubun Allahının qarşısında lərzəyə gəl!
Qayanı gölməçəyə döndərən,
Çaxmaq daşını çeşməyə çevirən Odur.

*114:1 Çıx. 12:51

*114:3 Çıx. 14:21

*114:3 Yeşua 3:16

*114:7 Çıx. 17:1-7; Say. 20:2-13