4
1 *Ef. 6:9Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.
Müxtəlif öyüdlər
2 Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun. 3 Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. 4 Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim.
5 *Ef. 5:16Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. 6 Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
Salam göndərmə
7 *Həv. 20:4; 2Tim. 4:12*Ef. 6:21-22Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək. 8 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız*Bizim vəziyyətimizdən xəbərdar olasınız – bəzi əlyazmalarda sizin vəziyyətinizdən xəbərdar olsun. və o sizin qəlbinizi ovutsun. 9 *Flm. 10-12Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək.
10 *Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Flm. 23-24Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. 11 Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər.
12 *Kol. 1:7; Flm. 23-24Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. 13 Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir.
14 *2Tim. 4:10-11; Flm. 23-24Sevimli həkim Luka və Dima da sizə salam göndərir.
15 Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin.
16 Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun. 17 *Flm. 1-2Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır».
18 Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun!
*4:8 Bizim vəziyyətimizdən xəbərdar olasınız – bəzi əlyazmalarda sizin vəziyyətinizdən xəbərdar olsun.
*4:10 Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Flm. 23-24
*4:14 2Tim. 4:10-11; Flm. 23-24