PAULUN
FİLİMONA MƏKTUBU
GİRİŞ
Filimon Kolosse şəhərinin imanlı cəmiyyətinin mötəbər məsihçisi idi. O, Onisim adlı qulun sahibi idi. Bu qul öz sahibindən qaçıb Paulla tanış olmuşdu. Paul o vaxt zindanda idi. Paulun vasitəsilə Onisim məsihçi oldu. Paul məktubunda Filimondan xahiş edir ki, o, keçmiş qulu ilə barışsın, çünki Paul onu sahibinə geri göndərirdi. Paul Filimona tövsiyə edir ki, Onisimi bağışlasın, çünki o artıq qaçqın bir qul deyil, Məsihdə ona qardaşdır.
Kitabın məzmunu:
1:1-3 Salamlar
1:4-7 Şükür və dua
1:8-22 Paulun Onisim üçün xahişi
1:23-25 Xudahafizləşmə
1
Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona, *Kol. 4:17bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Şükür və dua
Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm. Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm. Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi.
Paulun Onisim üçün xahişi
Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da, indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram. 10 *Kol. 4:9Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. 11 O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır.*Onisim – yunan mətnində Onisimos sözü olub yararlı deməkdir. 12 Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm.Onun özünü … göndərirəm – bəzi əlyazmalarda Onu sənin yanına göndərirəm. Sən də onu, can-ciyərimi qəbul et. 13 Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. 14 Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.
15 Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, 16 artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır.
17 İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. 18 Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. 19 Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. 20 Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir.
21 İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. 22 Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam.
Xudahafizləşmə
23 *Kol. 1:7; 4:12Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra, 24 *Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Kol. 4:10,14; 2Tim. 4:10-11əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir.
25 Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun!

*1:2 Kol. 4:17

*1:10 Kol. 4:9

*1:11 Onisim – yunan mətnində Onisimos sözü olub yararlı deməkdir.

1:12 Onun özünü … göndərirəm – bəzi əlyazmalarda Onu sənin yanına göndərirəm. Sən də onu, can-ciyərimi qəbul et.

*1:23 Kol. 1:7; 4:12

*1:24 Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Kol. 4:10,14; 2Tim. 4:10-11