12
1 Efrayim yellə bəslənir,
Bütün gün şərq küləyinin dalınca düşür.
Yalanı, qoluzorluluğu artırır.
Aşşurla saziş bağlayır,
Misirə zeytun yağı göndərir.
2 Yəhuda ilə Rəbbin davası var,
Yaqubu getdiyi yola görə cəzalandıracaq,
Əməllərinə görə əvəz verəcək.
Qardaşının topuğundan tutdu,
Böyüklük çağında Allahla güləşdi.
4 *Yar. 28:10-22 Mələklə güləşib ona üstün gəldi,
Ağlayaraq Ondan xeyirxahlıq istədi.
Allah onu Bet-Eldə tapdı.
5 Ordular Allahı Rəbb
Bizimlə orada danışdı.
Onun adı «Rəbb»dir.
6 Buna görə də sən Allahına üz tut,
Məhəbbətə, ədalətə bağlan,
Daim Allahına ümid bağla.
7 Efrayim tacirdir,
Əlindəki aldadıcı tərəzi ilə
Aldatmağı sevir.
8 Efrayim deyir:
«Doğrudan da, mən varlandım,
Özüm üçün sərvət topladım.
Çoxlu şeylər qazansam da,
Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
9 *Lev. 23:42-43 «Ancaq səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Bayram günlərində olduğu kimi
Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
10 Mən peyğəmbərlərlə danışdım,
Çoxlu görüntü göndərdim,
Peyğəmbərlərin dilindən məsəllər söylədim».
11 Gilead xalqı pis xalqdır,
Doğrudan da, yaramazdır.
Qilqalda buğaları qurban kəsirlər.
Onların qurbangahları
Şumlanmış tarladakı daş qalaqları kimidir.
12 *Yar. 29:1-20 Yaqub Aram torpağına qaçdı,
İsrail arvad üçün qul oldu,
Arvada görə qoyun otardı.
13 *Çıx. 12:50-51 Rəbb İsraili bir peyğəmbər vasitəsilə
Misirdən çıxartdı,
Bir peyğəmbər vasitəsilə qorudu.
14 Efrayim Allahı bərk qəzəbləndirdi,
Tökdüyü qanı öz başına gətirəcək,
Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.