2
Rəbbin dağı
(Mik. 4:1-3)
Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri:
Axır zamanda Rəbbin evi olan dağ
Dağların zirvəsində möhkəm duracaq,
Təpələrdən yuxarı ucalacaq.
Bütün millətlər ona sarı gələcək.
Çox xalqlar gəlib deyəcək:
«Gəlin Rəbbin dağına,
Yaqubun Allahının evinə qalxaq,
Qoy Rəbb bizə Öz yollarını öyrətsin,
Biz Onun rizləri ilə gedək».
Siondan Rəbbin təlimi,
Yerusəlimdən Onun kəlamı yayılacaq.
*Yoel 3:10 Millətlər arasında Rəbb hakim olacaq,
Çox xalqlar haqqında qərar çıxaracaq.
Onlar qılınclarından kotan,
Nizələrindən isə dəryaz düzəldəcək.
Millət millətə qarşı qılınc qaldırmayacaq,
Artıq dava etməyi öyrənməyəcək.
 
Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.
Rəbbin günü
Ya Rəbb, xalqını – Yaqub nəslini atdın,
Çünki onlar
Şərqdən gələn mövhumatlara uymuşdular,
Filiştlilər kimi falçılıq edirlər,
Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.
Ölkələri qızıl-gümüşlə dolu,
Xəzinələrinin sonu yoxdur.
Ölkələrində çoxlu atlar var,
Döyüş arabaları külli miqdardadır.
Ölkələri bütlərlə doludur,
Əlləri ilə düzəltdikləri,
Barmaqları ilə işlədikləri
Bütlərin qarşısında səcdə qılırlar.
Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək.
Ya Rəbb, onları bağışlama!
 
10 *2Sal. 1:9 *Vəhy 6:15 Rəbbin zəhmli üzündən,
Ehtişamının əzəmətindən
Qayalıqlara gedin,
Yerin altında gizlənin.
11 Adamların təkəbbürlü baxışları alçaldılacaq,
İnsanların qüruru qırılacaq,
O gün yalnız Rəbb yüksəldiləcək.
 
12 Çünki o gün Ordular Rəbbi
Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
13 Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək,
Bütün Başan palıdlarını yox edəcək.
14 Bütün ulu dağları, hündür təpələri,
15 Bütün yüksək qüllələri,
Qala divarlarını yerlə yeksan edəcək,
16 Bütün Tarşiş gəmilərini,*Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.
Bütün gözəl gəmiləri yox edəcək.
17 Adamların təkəbbürü qırılacaq,
İnsanların qüruru alçaldılacaq,
O gün yalnız Rəbb ucaldılacaq.
18 Bütlər tamamilə aradan götürüləcək.
 
19 *Vəhy 6:15 Rəbb yeri sarsıtmağa qalxanda
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Hər bir insan qayalıqdakı mağaralara,
Yerin altındakı xəndəklərə qaçıb girəcək.
20 O gün insanlar
Səcdə etmək üçün düzəltdikləri
Qızıl və gümüş bütlərini götürüb
Köstəbək və yarasaların
Qabağına atacaqlar ki,
21 Rəbb yeri sarsıtmağa qalxarkən
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən
Qaçmaq üçün qayalıqdakı çatlaqlara,
Uçurumlardakı yarıqlara girsinlər.
 
22 Nəfəsi burunda olan insandan əl çəkin,
Onun nə dəyəri var ki?

*2:4 Yoel 3:10

*2:10 2Sal. 1:9

*2:10 Vəhy 6:15

*2:16 Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.

*2:19 Vəhy 6:15