35
Müqəddəs yol
Səhra və quru torpaq sevinəcək,
Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.
Hər yan gül açacaq,
Şadlanacaq, sevincdən nəğmə oxuyacaq.
Livanın gözəlliyi, şan-şöhrəti,
Karmelin və Şaronun cah-calalı ona veriləcək.
Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.
 
*İbr. 12:12-13 Zəif əllərə qüvvət verin,
Əsən dizləri möhkəmləndirin.
Ürəklərində qorxanlara deyin:
«Möhkəm olun, qorxmayın!
Budur, Allahınız
İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir.
O gəlib sizə qurtuluş verəcək!»
 
*Mat. 11:5; Luka 7:22 O vaxt korların gözləri, karların qulaqları açılacaq,
Axsaqlar ceyran kimi hoppanacaq,
Lalların dili sevinclə nəğmə deyəcək,
Çünki səhrada bulaqlar fışqıracaq,
Quru torpaqda çaylar axacaq.
Qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.
Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.
 
Orada bir yol olacaq,
O yol «Müqəddəs yol» adlanacaq.
Murdar adam oradan keçməyəcək,
O yol qurtuluş tapanların yoludur.
Ora ilə gedənlərdən heç biri,
Hətta ağılsızlar da keçsələr,
Əsla yolunu azmayacaq.
Orada şirlər olmayacaq,
Yırtıcı heyvanlar o yola çıxmayacaq,
Onlara orada rast gəlməyəcəklər.
Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.
10 *Yeş. 51:11 Rəbbin satın alınmış adamları qayıdacaq,
Sevinclə nəğmə deyərək Siona gələcək.
Üzlərində əbədi sevinc olacaq,
Onlar fərəh və şadlıq tapacaq,
Kədər və qəm-qüssə yox olacaq!

*35:3 İbr. 12:12-13

*35:5 Mat. 11:5; Luka 7:22

*35:10 Yeş. 51:11