7
Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».
Sürgündən Yəhudaya qayıdanların siyahısı
(Ezra 2:1-70)
Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.
Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:
Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi.
Sürgündən qayıdan İsraillilərin sayı:
Paroş övladları – 2172 nəfər;
Şefatya övladları – 372 nəfər;
10 Arah övladları – 652 nəfər;
11 Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;
12 Elam övladları – 1254 nəfər;
13 Zattu övladları – 845 nəfər;
14 Zakkay övladları – 760 nəfər;
15 Binnuy övladları – 648 nəfər;
16 Bevay övladları – 628 nəfər;
17 Azqad övladları – 2322 nəfər;
18 Adoniqam övladları – 667 nəfər;
19 Biqvay övladları – 2067 nəfər;
20 Adin övladları – 655 nəfər;
21 Ater, yəni Xizqiya övladları – 98 nəfər;
22 Xaşum övladları – 328 nəfər;
23 Besay övladları – 324 nəfər;
24 Xarif övladları – 112 nəfər;
25 Giveon övladları – 95 nəfər;
26 Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;
27 Anatot sakinləri – 128 nəfər;
28 Bet-Azmavet sakinləri – 42 nəfər;
29 Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;
30 Rama və Geva sakinləri – 621 nəfər;
31 Mikmas sakinləri – 122 nəfər;
32 Bet-El və Ay sakinləri – 123 nəfər;
33 Digər Nevo sakinləri – 52 nəfər;
34 Digər Elam övladları – 1254 nəfər;
35 Xarim övladları – 320 nəfər;
36 Yerixo övladları – 345 nəfər;
37 Lod, Xadid və Ono övladları – 721 nəfər;
38 Senaa övladları – 3930 nəfər.
39 Kahinlər:
Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;
40 İmmer övladları – 1052 nəfər;
41 Paşxur övladları – 1247 nəfər;
42 Xarim övladları – 1017 nəfər.
43 Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.
44 İlahiçilər: Asəf övladları – 148 nəfər.
45 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.
46 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, 47 Qeros övladları, Siya övladları, Padon övladları, 48 Levana övladları, Xaqava övladları, Şalmay övladları, 49 Xanan övladları, Giddel övladları, Qaxar övladları, 50 Reaya övladları, Resin övladları, Neqoda övladları, 51 Qazzam övladları, Uzza övladları, Paseah övladları, 52 Besay övladları, Meunim övladları, Nefuşsim övladları, 53 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 54 Baslit övladları, Mexida övladları, Xarşa övladları, 55 Barqos övladları, Sisra övladları, Tamax övladları, 56 Nesiah övladları, Xatifa övladları.
57 Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, 58 Yaala övladları, Darqon övladları, Giddel övladları, 59 Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. 60 Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.
61 Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: 62 Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.
63 Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. 64 Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. 65 Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».
66 7337 nəfər kölə və kənizlərdən başqa, 67 bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. 68 Bu adamların 736 atı və 245 qatırı, 69 435 dəvəsi, 6720 eşşəyi var idi.
70 Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik *Darik – qızıl sikkə. qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. 71 Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. 72 Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.
73 *1Saln. 9:2; İbr. 11:3 Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.

*7:70 Darik – qızıl sikkə.

*7:73 1Saln. 9:2; İbr. 11:3