11
İman qəhrəmanları
İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
*Yar. 1:1; Zəb. 33:6,9; Yəh. 1:3İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.
*Yar. 4:3-10İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
*Yar. 5:21-24Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
*Yar. 6:13-22Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.
*Yar. 12:1-5İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı. *Yar. 35:27İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 10 Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. 11 *Yar. 18:11-14; 21:2Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. 12 *Yar. 15:5; 22:17; 32:12Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.
13 *Yar. 23:4; 1Saln. 29:15; Zəb. 39:12Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər. 14 Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. 15 Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. 16 Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.
17 *Yar. 22:1-14İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. 18 *Yar. 21:12; Rom. 9:7Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. 19 O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
20 *Yar. 27:27-29,39-40İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.
21 *Yar. 47:31–48:1-20Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.
22 *Yar. 50:24-25; Çıx. 13:19Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.
23 *Çıx. 1:22; 2:2Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.
24 *Çıx. 2:10-12Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. 25 Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. 26 Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi. 27 *Çıx. 2:15İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı. 28 *Çıx. 12:21-30İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.
29 *Çıx. 14:21-31İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular. 30 *Yeşua 2:1-21; 6:12-25İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. 31 İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.
32 *Hak. 4:6–5:31; 6:11–8:32; 11:1–12:7; 13:2–16:31; 1Şam. 1:1–28:3; 16:11; 1Pad. 2:11Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz. 33 *Dan. 6:1-27İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, 34 *Dan. 3:1-30şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular. 35 *1Pad. 17:17-24; 2Pad. 4:25-37Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar; 36 *1Pad. 22:26-27; 2Saln. 18:25-26; Yer. 20:2; 37:15; 38:6digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar; 37 *2Saln. 24:21onlar daşqalaq edildilər, mişarlanıb bölündülər,*Bölündülər – bəzi əlyazmalarda bölündülər, sınağa çəkildilər. qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar. 38 Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.
39 Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı. 40 Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.

*11:3 Yar. 1:1; Zəb. 33:6,9; Yəh. 1:3

*11:4 Yar. 4:3-10

*11:5 Yar. 5:21-24

*11:7 Yar. 6:13-22

*11:8 Yar. 12:1-5

*11:9 Yar. 35:27

*11:11 Yar. 18:11-14; 21:2

*11:12 Yar. 15:5; 22:17; 32:12

*11:13 Yar. 23:4; 1Saln. 29:15; Zəb. 39:12

*11:17 Yar. 22:1-14

*11:18 Yar. 21:12; Rom. 9:7

*11:20 Yar. 27:27-29,39-40

*11:21 Yar. 47:3148:1-20

*11:22 Yar. 50:24-25; Çıx. 13:19

*11:23 Çıx. 1:22; 2:2

*11:24 Çıx. 2:10-12

*11:27 Çıx. 2:15

*11:28 Çıx. 12:21-30

*11:29 Çıx. 14:21-31

*11:30 Yeşua 2:1-21; 6:12-25

*11:32 Hak. 4:65:31; 6:118:32; 11:112:7; 13:216:31; 1Şam. 1:128:3; 16:11; 1Pad. 2:11

*11:33 Dan. 6:1-27

*11:34 Dan. 3:1-30

*11:35 1Pad. 17:17-24; 2Pad. 4:25-37

*11:36 1Pad. 22:26-27; 2Saln. 18:25-26; Yer. 20:2; 37:15; 38:6

*11:37 2Saln. 24:21

*11:37 Bölündülər – bəzi əlyazmalarda bölündülər, sınağa çəkildilər.