19
Göydə sevinc
Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi:
«Halleluya!*Halleluya – Rəbbə həmd edin deməkdir.
Xilas, izzət və qüdrət
Allahımıza məxsusdur!
*Qanun. 32:43; 2Pad. 9:7Çünki Onun hökmləri
Həqiqi və ədalətlidir.
O, əxlaqsızlığı ilə yer üzünü azdıran
Böyük fahişəni mühakimə etdi,
Öz qullarının qanının qisasını
Ondan aldı».
*Yeş. 34:10Onlar dedi:
«Halleluya!
Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».
Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi:
«Amin! Halleluya!»
*Zəb. 115:13Taxtdan da belə bir səs gəldi:
«Ey Onun bütün qulları,
Böyükdən kiçiyə qədər
Ondan qorxanlar,
Allahımızı mədh edin!»
*Zəb. 93:1; 97:1; 99:1; Yez. 1:24Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi:
«Halleluya!
Çünki Külli-İxtiyar Rəbb Allahımız
Padşahlıq taxtına çıxdı!
Gəlin sevinib şad olaq,
Onu izzətləndirək!
Çünki Quzunun toyu başlayır.
Gəlini özünü hazırlayıb;
Geyinmək üçün ona
Təmiz, parlaq və incə kətan verildi».
İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
*Mat. 22:2-3Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». 10 Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
Ağ atın Süvarisi
11 *Yeş. 11:4; Yez. 1:1Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. 12 *Dan. 10:6Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. 13 O, qana batmışqana batmış – bəzi əlyazmalarda üzərinə qan səpilmiş. bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. 14 Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. 15 *Zəb. 2:9; Yeş. 63:3; Yoel 3:13; Vəhy 14:20Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16 Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
17 *Yez. 39:17-20Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 18 padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».
19 Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 20 *Vəhy 13:1-18Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 21 Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.

*19:1 Halleluya – Rəbbə həmd edin deməkdir.

*19:2 Qanun. 32:43; 2Pad. 9:7

*19:3 Yeş. 34:10

*19:5 Zəb. 115:13

*19:6 Zəb. 93:1; 97:1; 99:1; Yez. 1:24

*19:9 Mat. 22:2-3

*19:11 Yeş. 11:4; Yez. 1:1

*19:12 Dan. 10:6

19:13 qana batmış – bəzi əlyazmalarda üzərinə qan səpilmiş.

*19:15 Zəb. 2:9; Yeş. 63:3; Yoel 3:13; Vəhy 14:20

*19:17 Yez. 39:17-20

*19:20 Vəhy 13:1-18