18
Babilin dağılması
1 Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 2 *Yeş. 13:19-21; 21:9; Yer. 50:39; 51:8; Vəhy 14:8O, uca səslə nida edib dedi:
«Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.*Hər cür murdar quşun … oylağı oldu – bəzi əlyazmalarda Hər cür murdar və mənfur quşun yuvası oldu.
3 *Yeş. 23:17; Yer. 51:7Çünki bütün millətlər
O qadının coşğun əxlaqsızlıq şərabından içdi.†İçdi – bəzi əlyazmalarda içib dağıldı.
Yer üzünün padşahları
Onunla əxlaqsızlıq etdi.
Dünyanın tacirləri
Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
4 *Yeş. 48:20; Yer. 50:8; 51:6,45Mən göydən belə deyən başqa bir səs də eşitdim:
«Ey Mənim xalqım, oradan çıxın ki,
Onun günahlarına şərik olmayasınız,
Onun uğrayacağı bəlalara düçar olmayasınız.
5 *Yar. 18:20-21; Yer. 51:9Çünki onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.
7 *Yeş. 47:7-9Özünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadısa,
Ona o qədər də işgəncə və yas verin.
Çünki ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.
8 Buna görə də bir günün içində
Onun üstünə bəlalar gələcək,
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
9 *Yez. 26:16-18Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10 Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər:
«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».
11 *Yez. 27:31,36Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12 *Yez. 27:12-13,22qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13 darçın, hil,§Hil – bəzi əlyazmalarda bu söz yoxdur. buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14 Onlar deyirlər:
«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15 *Yez. 27:31,36Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
16 «Vay, vay halına,
İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!
17 *Yeş. 23:14; Yez. 27:26-34Çünki bu qədər var-dövlət
Bir saat içində viran oldu».
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19 Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər:
«Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünki bir saat içində viran oldun».
20 *Qanun. 32:43; Yer. 51:48Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.
21 *Yer. 51:63-64Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:
«Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.
22 *Yeş. 24:8; Yez. 26:13Çəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.
23 *Yer. 7:34; 16:19Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünki sənin tacirlərin
Yer üzünün böyük adamları idi,
Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24 *Yer. 51:49Peyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».
*18:2 Yeş. 13:19-21; 21:9; Yer. 50:39; 51:8; Vəhy 14:8
*18:2 Hər cür murdar quşun … oylağı oldu – bəzi əlyazmalarda Hər cür murdar və mənfur quşun yuvası oldu.
†18:3 İçdi – bəzi əlyazmalarda içib dağıldı.
*18:4 Yeş. 48:20; Yer. 50:8; 51:6,45
*18:5 Yar. 18:20-21; Yer. 51:9
‡18:6 O nə etdisə – bəzi əlyazmalarda O sizə nə etdisə.
§18:13 Hil – bəzi əlyazmalarda bu söz yoxdur.
*18:17 Yeş. 23:14; Yez. 27:26-34
*18:20 Qanun. 32:43; Yer. 51:48