16
Fariseylərin və sadukeylərin mayası
(Mat. 12:38-39; Mark 8:11-21; Luka 12:54-56)
1 *Luka 11:16Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin. 2 Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, 3 səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün*Göyün – bəzi əlyazmalarda Ey ikiüzlülər, göyün. görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz? 4 *Luka 11:29Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.
5 Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. 6 *Luka 12:1İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 7 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir». 8 İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? 9 *Mat. 14:17-21; 15:34-38Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı? 10 Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı? 11 Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 12 O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.
Peterin Məsihi tanıması
(Mark 8:27-30; Luka 9:18-21)
13 İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» 14 *Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». 15 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» 16 *Yəh. 6:68-69Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». 17 İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan†Ət və qan – yəni insan. deyil, göylərdə olan Atamdır. 18 Mən sənə deyirəm ki, sən Petersən‡Peter – yunan mətnində Petros sözü olub daş deməkdir. və Mən cəmiyyətimi bu Qayanın§Qaya – Xilaskar Rəbbin bir rəmzi. Bax: Qanun. 32:4; 2Şam. 22:47; Zəb. 89:26; Yeş. 26:4; 1Kor. 10:4. üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. 19 *Mat. 18:18; Yəh. 20:23Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». 20 Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
(Mark 8:31–9:1; Luka 9:22-27)
21 *Mat. 17:22-23; 20:19; 27:62-63Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. 22 Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» 23 Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
24 *Mat. 10:38; Luka 14:27Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 25 *Mat. 10:39; Luka 17:33; Yəh. 12:25Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq. 26 İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? 27 *Zəb. 62:12; Mat. 25:31; Rom. 2:6; Vəhy 2:23Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. 28 Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».
*16:3 Göyün – bəzi əlyazmalarda Ey ikiüzlülər, göyün.
*16:14 Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8
†16:17 Ət və qan – yəni insan.
‡16:18 Peter – yunan mətnində Petros sözü olub daş deməkdir.
§16:18 Qaya – Xilaskar Rəbbin bir rəmzi. Bax: Qanun. 32:4; 2Şam. 22:47; Zəb. 89:26; Yeş. 26:4; 1Kor. 10:4.
*16:21 Mat. 17:22-23; 20:19; 27:62-63
*16:25 Mat. 10:39; Luka 17:33; Yəh. 12:25
*16:27 Zəb. 62:12; Mat. 25:31; Rom. 2:6; Vəhy 2:23