78
Məzmur 78
Asəfin maskili.
1 Ey xalqım, təlimimi dinləyin,
Dilimdən çıxan sözləri eşidin.
2 *Mat. 13:35 Ağzımı bu məsəllə açıb
Keçmişdəki müəmmaları bəyan edəcəyəm.
3 Bunları eşitmişik, bilirik,
Bizə atalarımız nəql edib.
4 Bunu onların nəvələrindən gizlətməyəcəyik;
Rəbbin həmdə layiq işlərini,
Onun qüdrətini, etdiyi xariqələri
Gələcək nəsillərə söyləyəcəyik.
5 Rəbb öyüd vermək üçün Yaqub nəslinə –
İsrailə bir təlim qoydu.
Ata-babalarımıza əmr etdi ki,
Bu təlimi övladlarına öyrətsin.
6 Qoy gələcək nəsil də bilsin,
Gələcəkdə doğulacaq övladlar da
Balalarına bu təlimi verə bilsin.
7 Qoy ümidlərini Allaha bağlasınlar,
Allahın işlərini unutmasınlar,
Əmrlərini yerinə yetirsinlər.
8 Qoy ata-babaları kimi olmasınlar,
Çünki onlar dikbaş, üsyankar bir nəsil idi.
Allaha ürəkləri dönük,
Könülləri vəfasız idi.
9 Efrayim övladları ox-kamanla silahlandılar,
Amma döyüş günü tez geriyə qayıtdılar.
10 Allahın əhdini pozanlar belə etdilər,
Sənin qanunlarınla yaşamaq istəmədilər.
11 Allahın işlərini,
Göstərdiyi xariqələrini unutdular.
12 *Çıx. 7:8–12:32 Allah Misir torpağında, Soan bölgəsində,
Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13 *Çıx. 14:21-22 Dənizi yarıb onları keçirmişdi,
Suları divar kimi saxlamışdı.
14 *Çıx. 13:21-22 Onlara gündüz buludla,
Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15 *Çıx. 17:1-7; Say. 20:2-13 Çöldə qayaları yarmışdı,
İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16 Qayadan suları sel kimi çıxarmışdı,
Bu suları çaylar kimi axıtmışdı.
17 Amma onlar günah etməyi davam etdirdilər,
Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18 *Çıx. 16:2-15; Say. 11:4-23,31-35 İştahaları artdı, yemək tələb etdilər,
Ürəklərində Allahı sınağa çəkdilər.
19 Allahın əleyhinə belə danışdılar:
«Məgər Allah çöldə süfrə qura bilər?
20 Nə olsun qayaya vuranda sular axdı,
Sellər aşıb-daşdı.
Görəsən O, çörək verə bilərmi?
Xalqına ət verə bilərmi?»
21 Rəbb bunu eşidərkən qəzəbləndi,
Yaquba qarşı alovunu yerə tökdü,
İsrailə qarşı hiddəti artdı.
22 Çünki onlar Allaha inanmırdılar,
Onun qurtuluşuna arxalanmırdılar.
23 Bununla belə, uca səmaya əmr etdi,
Göylərin qapılarını açdırdı.
24 *Yəh. 6:31 Onlara yemək üçün manna yağdırdı,
Göylərin taxılını verdi.
25 İnsan mələklərin çörəyindən yedi,
Onlara doyunca yemək verildi.
26 Göylərdə şərq küləyini əsdirdi,
Qüdrəti ilə cənub küləyini gətirdi.
27 Başlarına toz kimi ət yağdırdı,
Onlara dənizdəki qum qədər quşlar göndərdi.
28 Düşərgələrinin ortasına,
Qaldıqları yerin ətrafına səpələdi.
29 Onlar doyunca, çox yedi,
İştahaları çəkən şeyləri onlara verdi.
30 Lakin iştahaları qurtarmamış,
Yemək ağızlarında olarkən
31 Allah onlara qarşı hiddətini artırdı,
Ətli-canlılarını qırdı,
İsrail igidlərini vurub yerə sərdi.
32 Bununla belə, günahlarını davam etdirdilər,
Onun xariqələrinə inanmadılar.
33 Buna görə də günlərini puç etdi,
Dəhşətlə ömürlərini sona yetirdi.
34 Ölənləri görüb Allahı axtardılar,
Geri dönüb Allahı səylə aradılar.
35 Yadlarına düşdü ki, Allah onların Qayası idi,
Allah-Taala onların Satınalanı idi.
36 Lakin ağızları ilə Ona yaltaqlanırdılar,
Dilləri ilə Ona yalan danışırdılar.
37 *Həv. 8:21 Qəlblərində Ona qarşı dönük olmuşdular,
Əhdinə vəfasız çıxmışdılar.
38 Allah isə rəhmlidir, günahı bağışlayır,
Günahkarı yox etmir.
Dəfələrlə qəzəbini saxlayır,
Hiddətini tamamilə oyanmağa qoymayır.
39 Yada saldı ki, onlar yalnız bəşərdir,
Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,
Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41 Allahı dönə-dönə sınadılar,
İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42 Xatırlamadılar Onun qüdrətini,
Düşməndən azad etdiyi günü,
43 Misirdə göstərdiyi əlamətləri,
Soan bölgəsində göstərdiyi möcüzələri.
44 *Çıx. 7:17-21; Vəhy 16:4 Misirlilər sulardan içə bilməsinlər deyə
Suları qana döndərib çaylardan axıtmışdı.
Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46 *Çıx. 10:12-15 Əkinlərini tırtıllara,
Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47 *Çıx. 9:22-25 Üzümlərini dolu ilə,
Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48 Naxırlarını dolu ilə,
Sürülərini şimşəklə qırmışdı.
49 Onların üzərinə qızğın qəzəbini,
Hirsini, hiddətini, dərdləri,
Bir qoşun ölüm mələklərini tökmüşdü.
50 Qızğın qəzəbinə yol açmışdı,
Əsirgəmədən canlarına ölüm vermişdi,
Həyatlarına bəla gətirmişdi.
51 *Çıx. 12:29 Hər Misirlinin ilk oğlunu,
Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52 *Çıx. 13:17-22 Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı,
Çöldən onları sürü kimi aparmışdı.
53 *Çıx. 14:26-28 Onları qorxudan uzaq, asayiş içində aparmışdı,
Düşmənləri isə dənizdə qərq olmuşdu.
54 *Çıx. 15:17; Yeşua 3:15-17 Onları Öz müqəddəs torpağına,
Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55 *Yeşua 11:16-23 Onların qarşısından başqa millətləri qovdu,
Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı,
Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56 *Hak. 2:11-15 Lakin onlar Allah-Taalanı sınadılar,
Ona qarşı üsyankar oldular,
Göstərişlərinə əməl etmədilər.
57 Ataları kimi dönüklük və xəyanət etdilər,
Xarab kamandan atılan ox kimi əyri getdilər.
58 Onu səcdəgahları ilə qəzəbləndirdilər,
Onu yonma bütləri ilə qısqandırdılar.
59 Bunları eşidən Allah çox hiddətləndi,
İsraili tamamilə rədd etdi.
60 *Yeşua 18:1; Yer. 7:12-14; 26:6 İnsanlar arasında qaldığı çadırını,
Şilodakı məskənini tərk etdi.
Şərəfini düşmən əlinə təslim etdi.
62 Öz xalqını qılıncdan keçirtdi,
Öz irsini qəzəbinə düçar etdi.
63 İgidləri alov uddu,
Nişanlı qızlara toy çalınmadı.
64 Kahinləri qılınclarla qırıldı,
Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
65 O zaman Xudavənd yuxulu insan kimi oyandı,
Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66 Düşmənlərini vuraraq geri atdı,
Əbədi olaraq onları rüsvay etdi.
67 Yusifin nəslini rədd etdi,
Efrayim qəbiləsini seçmədi.
68 Yəhuda qəbiləsini,
Sevdiyi Sion dağını seçdi.
69 Öz Müqəddəs məkanını səma kimi,
Əbədi qurduğu dünya kimi tikdi.
70 *1Şam. 16:11-12; 2Şam. 7:8; 1Saln. 17:7 Çoban olan qulu Davudu seçdi,
Onu qoyun ağıllarından götürdü.
71 Əmlik quzuların qayğısına qalanı gətirdi,
Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
72 Davud onları kamil ürəklə otardı,
Əlindən gələn məharətlə onları irəli apardı.
*78:15 Çıx. 17:1-7; Say. 20:2-13
*78:18 Çıx. 16:2-15; Say. 11:4-23,31-35
*78:44 Çıx. 7:17-21; Vəhy 16:4
*78:54 Çıx. 15:17; Yeşua 3:15-17
*78:60 Yeşua 18:1; Yer. 7:12-14; 26:6
*78:61 Qüdrət, şərəf – Əhd sandığının rəmzi. Bax: 1Şam. 4-cü fəsil.
*78:70 1Şam. 16:11-12; 2Şam. 7:8; 1Saln. 17:7